İdmanın güləş növü üzrə İran çempionu 27 yaşlı Nəvid Əfkari bu gün səhər saatlarında edam edilib.
Cebhe.info xəbər verir ki, sözügedən güləşçi Nəvid Əfkari ölkədə bir polisi öldürdüyü üçün ölkə qanunları ilə edam olunub.
27 yaşlı idmançının asılması xəbəri dövlət televiziyası vasitəsilə açıqlanıb. İran yetkililərinin verdiyi açıqlamada Əfkarinin Şiraz şəhərindəki bir həbsxanada edim edildiyi bildirilir.
2018-ci ildə ölkənin bir çox bölgəsində başlayan hökumət əleyhinə nümayişlərdə ən çox çəkilən adlardan biri də N.Əfkari olub. O, nümayişlər zamanı bələdiyyə işçisi Həsən Türkməni bıçaqlayaraq öldürməsi ittihamı ilə tutulub. Məhkəmənin qərarı ilə Əfkari ölüm cəzasına məhkum edilib. Onun qardaşları Vahid Əfkariyə 54, Həbib Afkariyə isə 27 il həbs cəzası verilib. Güləşçi isə bələdiyyə nümayəndəsini öldürdüyünü işgəncə altında etiraf etdiyini və əslində onu öldürmədiyini bildirib.
Əfkariyə verilən cəza beynəlxalq ictimaiyyətin böyük reaksiyasına səbəb olub. Edam baş tutarsa, İranın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yarışlardan uzaqlaşdırılacağı deyilirdi.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl şəxsi sosial media hesabından paylaşım edərək Tehrandan Əfkarinin bağışlanmasını istəmişdi. Trampın bu fikrini digər bir sıra tanınmış güləşçilər də dəstəkləmişdi.
Tramp sosial media hesabında “İranın möhtəşəm və məşhur güləş ulduzu, 27 yaşlı Afkarini edam edəcəyini bilirik. Afkarinin yeganə hərəkəti küçələrdəki hökumət əleyhinə nümayişlərdə iştirak etmək idi”, – yazmışdı. Lakin bütün bunlara baxmayaraq, güləşçinin edam cəzası ləğv edilməyib.
Əli Bədir
Cebhe.info
araz.az xəbər portalı.