Sentyabrın 12-də Belarusda icazəsiz keçirilən aksiyalar zamanı daha 114 nəfər saxlanılıb.
araz.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib:
“Respublikanın beş regionunda keçirilmiş 12 etiraz aksiyasının iştirakçılarının ümumi sayı 1 700 nəfəri keçməyib. Bununla yanaşı, paytaxtda icazəsiz tədbirlər bir neçə yerdə qeyd edilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyin pozulmasına görə ümumilikdə 114 vətəndaş saxlanılıb (onlardan 99-u Minskdə).
Həmçinin bildirilir ki, “ölkənin üç regionunda sülh, təhlükəsizlik və əmin-amanlığa dəstək məqsədilə 50 mindən çox insanın iştirak etdiyi yeddi kütləvi tədbir keçirilib”.
araz.az
araz.az xəbər portalı.