Ankarada qum fırtınası Poladlı və Haymana rayonlarını qaranlığa qərq edib. Toz buludu güclü küləklə müşayiət olunur.
Beynelxalq.İnfo xəbər verir ki, bir anda göy üzünü bürüyən toz buludu vətəndaşları təşvişə salıb.
Qum fırtınası Ankaranın mərkəzində də yaşanıb. Güclü küləyin havada uçurduğu əşyalar altı nəfərin yaralanmasına səbəb olub. Binaların damları uçub, ağaclar aşıb. Bəzi yerlərdə elektrik və telefon xətləri sıradan çıxıb.
[bt_youtube url=”https://www.youtube.com/embed/MkyqbWEHiQs” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.