1599913528 5e79b83f554280049447f2f4 8Böyük Britaniyada artıq bir həftədir hər sutkada koronavirusa 2 mindən çox yoluxma qeydə alınır.

araz.az xarici KİV-ə istinadla bildirir ki, son 24 saatda COVID-19-a yoluxma mayın 11-dən bəri ilk dəfə maksimum həddə çatıb – 3539 olub.

Yaşları 20-dən 29-a qədər olan gənclər arasında koronavirusa yoluxma da artmaqdadır. Hətta sutka ərzində ölənlərin sayında da artım var. Britaniyada koronavirusa ümumi yoluxma sayı 362 minə yaxınlaşır, 41 614 nəfər isə həyatını itirib.

Bu arada Fransada ötən sutkada təxminən 10 minə yaxın yeni yoluxma müəyyən edilib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 24 saat ərzində 9843, həftə boyu isə 48 542 nəfər koronavirusa yoluxub. Bu ölkədə koronavirusa ümumi yoluxma sayı 350 mindən çoxdur, 30,8 min nəfər ölüb. Fransada yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi gözlənilir.

araz.az

araz.az xəbər portalı.