1599927755 1Nə edək? Bu başıbəlalı məmləkətdə hər şeyi pul ilə ölçən, pul ilə həll edən bir sistem var – bəlkə pul yığaq, aparaq məhkəməyə verək ki, Tofiq bəyin apelyasiya şikayətinə baxıb onu azad etsinlər?! Nə qədər istəyərlər görəsən?! Əcəb ePoxaya düşüb yaşayırıq…

Teref.az xəbər verir ki, bu replikanı politoloq Natiq Cəfərli öz statusunda yazıb.
P.S. Son aksiyada cəmiyyətin təpərini gördük – eyni 40-45 nəfər fədakar gənclər, eyni 15-20 nəfər fədakar jurnalistlər – vəssalam. Günümüzün reallığı budur, bəzi “ağzıgöyçəklər” də bizim hakimiyyət nümayəndələri ilə hər görüşümüzdə Tofiq bəyin məsələsi də daxil olmaqla cəmiyyətin dərdlərini hökumətin üzünə deməyimizdən, danışıqlar yolu ilə cözüm aramağımızdan narazı qalırlar. Sistemi anladıq, onlar reallıq hissini itiriblər, çalışırıq ki, reallığı görməyə başlasınlar, bəz o kəsmlərə nə gəlib, onlardamı vəziyyəti görmürlər?! Demirəm ki, vəziyyətlə, olan-bitənlə barışaq, amma reallığın dəyişməsi üçün də bir iş görmürlər axı, iş görənləri də damğalayırlar. Nə bilim, söz tapmıram deməyə…
Natiq Cəfərli
Teref.az

araz.az xəbər portalı.