balkanMakedoniyada qurulacaq yeni hökumətdə Türk Hərəkat Partiyası da təmsil olunacaq. Bu partiyanın sədri Enis İbrahimlə əlaqə saxlamışam. Hazırda Makedoniyada Sosial Demokratlar Partiyası yeni hökumət formalaşdırır. Əvvəlki hökumətdə Tük Hərakat Partiyası bir nazir portfelinə malik idi. Eyni zamanda digər nazirliklərdə və dövlət qurumlarında təmsilçiliyi var idi. Yeni koalisiya ətrafında Enis İbrahimlə söhbətimiz oldu. Qeyd etdi ki, yeni hökumətdə Türk Hərəkat Partiyasına nazir müavini portfeli verirlər. Bu istiqamətdə danışıqlar gedir.

Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.

Partiya sədri bildirib ki, Makedoniyalı siyasətçi ilə Balkanlarda müşahidə edilən vəziyyəti də müzakirə edib:

“Çernoqoriya, Montoneqroda ruspərəst qüvvələr hakimiyyətə gəliblər. Onların NATO-dan uzaqlaşmaq niyyətləri də var. Amma bu, mümkün görünmür.

Biz həmçinin Serbiya və Kosova arasında müşahidə edilən prosesləri də qiymətləndirdik. Hər iki ölkə lideri ABŞ-a səfər etdi. Bu səfər seçki öncəsi Tramp üçün olduqca lazım idi. Səfər Türkiyə lideri Ərdoğan tərəfindən təşkil edilmişdi. İndi Serbiya və Kosova arasında yxınlaşma da müsbət haldır. Bu münasibətlərin düzəlməsi Rusiyanın xoşuna gəlmədi. Bunu Rusiya XİN-in sözçüsünün sosial şəbəkədəki paylaşımı da göstərir.

Baxmayaraq ki, sonradan buna görə, Putin və Lavrov Serbiya prezidentindən üzr istəməli oldu. Əslində bölgədə şəait dəyişir. Rusiyanın müttəfiqi olan Serbiya nəzarətdən çıxır, bu səbəbdən ruslar Montoneqronu qarışdırmaq istəyirlər. Amma məqsədlərinə nail ola bilməyəcəklər. Əksinə, proseslər Rusiyanın daxilində başlayır. Müxalifət lideri Navalninin zəhərlənməsi, buna Avropa Birliyinin sərt reaksiyası göz önündədir. Ehtimal edirəm ki, 12 ölkənin “Şimal axını” layihisənə dair sərt mövqe ortaya qoyması gözlənilən hadisə olacaq. Artıq Almaniyadan ilk siqnal verilib”.

[bt_youtube url=”https://www.youtube.com/embed/XhCREaWRMhQ” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

 

 

 

 

araz.az

araz.az xəbər portalı.