bandicam 2020 09 14 00 18 57 664“Tofiq Yaqublu aclıq etdiyi Bakı İstintaq Təcridxanasından “City Hospital”a köçürülüb. Mənim şəxsi nəzarətimdədir. Ona venadaxili infuziya edirik, bəzi vitaminlər köçürük”.

araz.azxəbər verir ki, bunu APA-ya açıqlamasında həkim Adil Qeybulla deyib.

O, ölkə rəhbərliyinə də təşəkkür edib: “Ötən gün mən ölkə rəhbərliyindən mətbuat vasitəsiı xahiş etdim ki, Tofiq Yaqublunun səhhəti ilə bağlı onu mülki xəstəxanaya köçürsünlər, müayinə edə bilək. Ölkə rəhbərliyi də bunu xahişi nəzərə aldı, humanizm nümayiş etdirdi, minnətdarlığımı bildirirəm. İnşallah, digər hüquqi prosedurlar həll yolunu tapar”.

Qeyd edək ki, dünən həkim Adil Qeybullanın T.Yaqublunun ailəsinin müraciəti əsasında təcridxanada onu müalicə etməsinə şərait yaradılıb.

Qeyd edək ki, T.Yaqublunun ailəsi və vəkilləri onun aclıq etdiyini açıqlayıb.

Nizami rayon Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu xuliqanlıqda təqsirli bilinərək 4 il 3 ay azadlıqdan məhrum edilib.

[bt_youtube url=”https://www.youtube.com/embed/62suYrKRU7E” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az

araz.az xəbər portalı.