makron 12Türkiyəni və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan sözlərinə görə böyük etirazlarla qarşılaşan Fransa prezidenti Emanuel Makron ölkəsində şok yaşayır. 

Avropa.info xəbər verir ki, Makronun qorxulu röyası sayılan “sarı jiletlilər” yenidən Paris küçələrinə çıxaraq etiraz aksiyası keçiriblər. 

Parisin “Vaqram” Meydanına toplaşan etirazçılar Makron hökumətinə qarşı şüarlar səsləndiriblər. Meydan və ətrafında aksiyaçılarla polis arasında qarşıdurma yaşanıb. Etirazçılara bibər qazı ilə müdaxilə edən polis 222 nəfəri saxlayıb. 

Hökumət geri çəkildi:

Fransa polisi, “sarı jiletlilər”in aksiyalarının böyüməsi ehtimalına qarşı Parisin Champs-Elysee küçəsində təhlükəsizlik tədbirlərini artırıb. Parisin 30 metro stansiyası aksiyalar səbəbindən bağlanıb. Aksiyalar Bordo, Tuluza, Strasburq, Lion kimi şəhərləri də əhatə edib. 

Qeyd edək ki, “sarı jiletlilər” 2018-ci ildə Makron hökumətinin qiymətləri artırma qərarına qarşı başlamışdı. Aksiyalarda polisin şiddət tətbiq etməsi bütün dünyada etirazlara səbəb olmuşdu. Fransa polisi aksiyalarda 11 nəfəri öldürmüş, 500 nəfəri isə yaralamışdı.

Fransada “sarı jiletlilər” fəallaşdı - Polislə etirazçılar üz-üzə | KONKRET
araz.az

araz.az xəbər portalı.