bandicam 2020 09 14 11 51 31 119Bəhreynin İsraillə münasibətləri normallaşdırması ərəb dünyasının onurğasına vurulmuş zərbədir.

Turkustan.info xəbər verir ki, bu sözləri Fələstin Baş naziri Məhəmməd Ştaye deyib.

“Bu, İsrailə və onu qoruyan qüvvəyə xidmət etməkdir. Bu anlaşma ilə işğala, Əqsa məscidinə qarşı davam edən qanunsuzluqlara haqq qazandırırlar. ABŞ öz fəaliyyətləri ilə bizi təslim edə bilmədiyi kimi, bu anlaşmalarla da bir şey edə bilməyəcək”, – o bildirib.

Qeyd edək ki, Bəhreyn İsraillə münasibətləri normallaşdırmaq barədə razılığa gəlib.  

araz.az

araz.az xəbər portalı.