Sumqayıt şəhər Mühafizə İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Avelord” MMC olub.
araz.az yeniavaz.com-a istinadən xəbər verir ki, “Avelord” MMC Sumqayıt şəhər Mühafizə İdarəsinə təsərrüfat malları və dəftərxana məhsulları satacaq. Sumqayıt şəhər Mühafizə İdarəsi aldığı malların qarşılığında “Avelord” MMC-yə 35 min 988 manat 10 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Avelord” MMC cəmi 5 ay əvvəl – 20.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, “Avelord” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 5 ay əvvəl yaranan və 36 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Sərdarov Elçin Elşən oğludur.
Sumqayıt şəhər Mühafizə İdarəsilə bağlı maraqlı məqamlardan biri də odur ki, bu idarə daha əvvəl də yeni yaranan şirkətləri tender müsabiqəsində qalibi seçib.
Sumqayıt şəhər Mühafizə İdarəsi 16.04.2019-cu il tarixində tender müsabiqəsinin qalibi elan etdiyi “Delta İnvest” MMC 18.03.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb.
Sumqayıt şəhər Mühafizə İdarəsi 23.04.2019-cu il tarixində tender müsabiqəsinin qalibi elan etdiyi “Rosnet” MMC isə 11.03.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb.
araz.az
araz.az xəbər portalı.