bandicam 2020 09 14 19 36 10 601Deputat: ‘Azərbaycanda təhsil millətin gələcəyindən daha çox, biznes sahəsinə çevrilib’

Tədris ilinin yaxınlaşması ( dərslər sentyabrın 15-də başlayır) məktəb ləvazimatları və paltarlarının qiymətlərini yenidən gündəmə gətirib. Koronavirus pandemiyası ilə bağlı iri ticarət mərkəzlərinin hələ qapalı olması alış-verişdə problem yaradırmı?. Bəs qiymətlər necədir?

“ Nəticədə ucuzluq olardı”

Azadliq Radiosunun müraciət etdiyi şəxslər də həmin sualların üzərində dayanır. Milli Məclisin deputatı Vahid Əhmədov hesab edir ki, ticarət mərkəzləri açılmadığından məktəbli geyimləri, tədris ləvazimatlarının alınmasında problemlərin yaşana bilər. O əlavə edir ki, məktəblər açılana qədər sahibkarlar da, alıcılar da iri ticarət mərkəzlərindən mal götürərdilər:

“ Nəticədə ucuzluq olardı. İkinci, təhsil naziri Emin Əmrullayev məktəbli formalarının satışında heç bir problem olmayacağını və fabriklərin işlədiyini dedi. Amma qiymətlərdə müəyyən problemlərin olacağı mümkündür ”.

Vahid Əhmədov hesab edir ki, indiki pandemiya şəraitində orta statistik azərbayanlı ailəsi üçün 2 məktəblini dərsə yola salmaq problemdir:

“Səbəb də iş yerlərini itirənlərin çox olmasıdır. Düzdür, dövlət başçısı bunları nəzərə alaraq əhaliyə müəyyən yardımlar göstərir. Amma problemlər varsa, yardımların yenə olması istisna edilmir.”

 

 

 

 

araz.az

araz.az xəbər portalı.