“Uzun illərdir ki, vəzifəli şəxslərin dövlət ali məktəblərində kafedra müdiri vəzifələrini tutmaları geniş vüsət alıb. Bu, elmə və təhsilə hörmətsizlikdır”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.
E.Əliyev qeyd edib ki, bu ənənə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından da yan keçməyib: “Akademiyada “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri Ramiz Mehdiyevdir. “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri Əli Həsənovdur. “Fəlsəfə və sosial psixologiya” kafedrasının müdiri isə Prezident Adminstarsiyasında işləyən, fəlsəfədən və sosial psixologiyadan xəbərsiz Etibar Nəcəfovdur. Rektordan soruşmaq lazımdır. Rəhbərlik etdiyi ali məktəbin üç mühüm kafedrasının müdirlərini axırıncı dəfə akademiyada nə zaman görüb?”.
araz.az
araz.az xəbər portalı.