nüvəİngiltərə Kəşfiyyat İdarəsinin rəhbəri Cim Hockenhull Rusiyanın hər an nüvə hücumu edə biləcək və illərlə dünya ətrafında uça biləcək nüvə raketinə sahib olacağını açıqlayıb. 

Avropa.info xəbər verir ki, Hockenhull NATO tərəfindən “Skyfall” adlandırılan  9M730 adlı “Burevestnik” rus raketi haqqında danışıb. Rusiyanın adı çəkilən raketlə hər an nüvə hücumu həyata keçirə biləcəyini deyən İngiltərə kəşfiyyatının şefi, dünyaya xəbərdarlıq edib.

“Moskva qlobal nüvə sənayesinə sahibdir və gözlənilmədən hücum edəcək sürətli nüvə raketini test edir” – Cim Hockenhull belə deyib.

Xatırladaq ki, bir müddət öncə “Skyfall” haqda danışan Rusiya prezidenti Vladimir Putin, bu nüvə raketini “sərhədsiz mənzil və sərhədsiz manevra qabiliyyətinə malik silah növü” olaraq xarakterizə etmişdi.  

Rusiya tərəfi bu raketin 2025-ci ildə hazır olacağını açıqlayıb.

araz.az

araz.az xəbər portalı.