Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qurulan qanunsuz silahlı birləşmələrin “rəhbərləri” toplantı keçirib.
Axar.az xəbər verir ki, “dqr” “müdafiə naziri” kimi təqdim edilən Cəlal Arutyunyan silahlı birləşmələrin rəhbərləri ilə mövcud vəziyyət, tapşırıqların icrası və s. barədə müzakirə aparıb.
İclasla bağlı ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatına hazırlıq getdiyi barədə vaxtaşırı məlumat yayılır.
araz.az
araz.az xəbər portalı.