Ermənistan Parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, baş nazir Nikol Paşinyanın qohumu Sipan Paşinyan Tavuş vilayətindəki sərhədyanı Doveq kəndində nasos stansiyasının açılmasından danışarkən fəxrlə bildirib ki, bundan sonra çayın suyu Azərbaycana axmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.
“İşlər davam edir, son ştrixlər qalıb. Tezliklə bitirəcəyik. Bundan sonra su Azərbaycana çatana qədər bizim kəndlilər ondan istifadə edəcəklər”, – deputat deyib.
Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına axan su mənbələrinin qarşısını kəsməsi ilk hal deyil. İllərdir işğal altında saxladığı Sərsəng su anbarına nəzarət edən Ermənistan tərəfi sərhədyanı, eləcə Qarabağdakı rayonlarımızın kəndlərini susuz qoyub. Bundan başqa, ərazisindən axan Araz çayına da külli miqdarda zəhərli tullantı atır.
araz.az
araz.az xəbər portalı.