untitled06580 “Ayıbdır, belə xəbərlər mərhumun ruhuna hörmətsilikdir heç olmasa, Nofəlin ruhuna hörmət edin!”

mik 300x186Bunu Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Mikayıl Güləddinoğlu Nizami rayonu ərazisində yaşadığı evdə oğlu tərəfindən odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişən Nofəl Süleymanlının övladı tərəfindən qəsdən öldürülməsi ilə bağlı yayılan ittihamlara cavab olaraq bildirib.

Aparıcı bu hadisə ilə bağlı rəsmi məlumatı da xatırladıb:

“Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən rəsmi məlumat da verilib. Bildirilib ki, hadisə necə baş verib. Oğlunun əli bilmədən tətiyə dəyib və atası dünyasını dəyişib. Başqa söz-söhbət yaymaqla bunlar nə demək istəyir? Mən onların ailəsini yaxından tanıyıram. Belə yalan ittihamlar səsləndirəndə ailəni düşünmək lazımdır”.

Qeyd edək ki, ki, mərhum gitara ifaçısının Azərbaycan şou-biznesində tanınan müğənnilərdən biri ilə şəxsi münasibətləri olması ilə bağlı xəbərləry ayılıb. İddia edilir ki, bundan hiddətlənən 17 yaşlı oğlu şəxsi münaqişə zəminində atasından intiqam almaq istəyib və onu güllələyib.

Cəvahir

www.yenicag.az

araz.az xəbər portalı.