1600049817 prezident musavire 151019Əslində, bu çoxdan baş verməliydi – Azərbaycan strateji dilemmasını edərək balanslaşdırılmış xarici siyasət kursdan uzaqlaşmalıydı.
Rəsmi Bakının illərdir dilindən düşməyən “balanslaşdırılmış xarici siyasət” kəlməsi banal səsləndiyi qədər zərərli bir strategiya idi.
Hakimiyyət ideoloqları gec-tez başa düşməliydilər ki, günün irində seçim etməli olacağıq: ya Avroatlantik məkana inteqrasiya, ya da rus orbitində yerində saymaq…
Anaxeber.info yazır ki, regionda cərəyan edən proseslər, demokratik dəyişikliklər neftin baha vaxtında Azərbaycan hakimiyyəti tərəfindən qulaqardı edilirdi. 
İqtidar “qulağının dibində” Gürcüstan, Ermənistan, Ukrayna, Qırğızıstan kimi dövlətlərin Rusiyanın təsirindən çıxmaq üçün hansı dəyişikliklərə getdiyini, anti-Moskva ritorikasının – siyasət, təhsil, media kluarlarında, ictimai rəydə necə gücləndiyini görmək istəmirdi.
O zaman idi ki, iqtidarın xarici siyasi kursunu müəyyənləşdirənlər də Kremlə ağa kimi baxırdılar və onların yürütdüyü tormozlayıcı siyasət ucbatından ölkədə uzun illər siyasi-iqtisadi islahatlar gerçəkləşmədi.
İndi barəsində açıq danışılan, hətta “Vaşinqton Post”da adla Rusiyanın “5-ci kolon”u adlandırılan traybalist qvardiyanın, izqoy klanın zəiflədilməsi rəsmi Bakının xarici siyasətində də öz əksini tapır.
Hakimiyyətin mütərəqqi elitası kimi təqdim edilən yeni siyasi qüvvənin davranışlarında çılpaq şəkildə Moskva əleyhinə siyasət aparılmasa da, hansı strateji seçim edildiyi meyillənmədə müşahidə olunur.
Nəhayət, Azərbaycan siyasi rəhbərliyi Kremli qəzəbləndirmədən Türkiyə üzərindən Avroatlantik məkana inteqrasiyanın alternativi olmadığını qəbul etməyə başlayıb. 
Ankaranın Bakıya verdiyi siyasi motivasiya, impuls heç şübhəsiz ki, ordu daxilində də “5-ci kolon”un təmizləmək iradəsini yaradacaq.
Bəli, Azərbaycanın tarixən bütün bəlalarının (torpaqların işğalı, iqtisadi, elmi, siyasi inkişafının əngəli, demokratikləşmənin boğucusu, repressiv siyasətin tərəfdarı, Qərb institutlarının, kadrlarının sıradan çıxarılması, qovulması) səbəbkarı olan, çarizmdən sovetlərə, Yeltsindən Putinə qədər ölkəmizin, xalqımızın tərəqqisinin maneəsi sayılan Rusiyadan qopmaq üçün bundan yaxşı fürsət yarana bilməz.
Söhbət heç də Moskva ilə düşmənçilikdən getmir, sadəcə, onun təsirlərinin azaldılması, kadrlarının çıxdaş olunması, parlamentdə, orduda, hətta müxaif düşərgədə təzyiq rıçaqlarının izolyasiya edilməsi zamanıdır. 
Analitiklər illərlə yazırdılar ki, rəsmi Bakı günün birində strateji seçimi etməli olacaq, balanslaşdırılmış xarici siyasət nağılı mifdir, Azərbaycan bu cür davam edə bilməz, ətrafında baş verənlərdən təsirlənməli olacaq və o dövr artıq çatıb.
Hazırda NATO və ABŞ Türkiyənin əli ilə Bakını Moskvadan ayırır, siyasi komandada Patruşevlərə biət edən Mehdiyevlər yoxdur, ölkədə iqtidar-müxalifətli milli barışıq, dialoq mühiti üçün əlverişli imkan yaranıb və hakimiyyət ilk dəfə Azərbaycanın gələcəyi naminə bu addımları atmalıdır. 
Necə ki enerji siyasətində Bakı neft-qazının əsas alıcısı Avropa və İsraildir, o cümlədən siyasi – iqtisadi, mədəni müstəvidə də Qərbə inteqrasiyanı sürətləndirmək, ordunu NATO standartları səviyyəsində qurmaq zəruridir.
Anaxeber.info yazır ki, əgər bu dəfə də Moskvadan hədsiz ehtiyat edərək, Rusiyadan tam çəkinərək ənənəvi siyasəti davam etdirsək, islahatları gözdən salan siyasi rəqibləri həbs etmək xəttini yürütsək, heç bir müsbət irəliləyişdən danışmağa dəyməz. 
Düzdür, Türkiyə də tam olaraq Qərbi təmsil etmir, amma aydındır ki, NATO-nun üzvüdür və onun hərbi bazalarının Azərbaycanda yaradılması, həm də NATO dövlətinin Azərbaycanda hərbi bazalar yaratması deməkdir. 
Bu da artıq Azərbaycanla Rusiya arasındakı münasibətlərdə ciddi bir qırılmanın baş verməsi və Azərbaycanın Rusiyadan tamamilə qopması demək olacaq. Ona görə də belə bir qərarın qəbul edilməsi asan və sadə məsələ deyil, amma mümkündür…
Çünki Rusiya telekanallarını, məktəblərdə rus sektorunu bağlayan müttəfiqi Ermənistan belə heç nə itirməyib, Paşinyan Qərbə simpatiyasını gizlətmir, eləcə də Ukrayna yollarını çoxdan ayırıb, dünya dağılmayıb, Gürcüstan Saakaşvili dövründən Rusiyanı işğalçı adlandırır, indiki İvanaşvili iqtidarı Moskvanı qıcıqlandırmamağa çalışır, amma ölkə Qərbə inteqrasiya siyasətindən imtina etməyib, Lukaşenko devrilsə Belarus da Avropanı seçmiş olacaq.
Belə olan halda Azərbaycan postsovet respublikalarından geri qalmır. Bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi heç bir töhfəsi olmayıb, ölkənin iqtisadi dayanıqlığı Moskvadan asılı deyil, enerji kəmərləri Qərbə axır, o halda Rusiyanın orbitindən qopma siyasətini niyə də intensivləşdirməyək?! Doğrudur, Rusiyanın 200 ildən çoxdur Qafqazda nüfuzu və maraqları davam edir.  
Amma imperialist keçmişlərində dəfələrlə qarşı-qarşıya gəlmiş Rusiya ilə Türkiyənin maraqları bu gün də demək olar ki, bütün istiqamətlər üzrə toqquşur. İstər Qafqaz olsun, istərsə də Qara və Aralıq dənizləri, Orta Şərq, hətta Şimali Afrika…Fürsəti dəyərləndirmək zamanı!!!

Anaxeber.info
Turan

araz.az xəbər portalı.