Azrərbaycanın televiziya məkanı ciddi kadr dəyişikliyi ərəfəsindədir. Prosesin təməl daşları artıq atılıb. Yaxın günlərdə ölkə kanallarının demək olar ki, hamısının rəhbərliyi dəyişdiriləcək.
“Vurulmuş” kimi görünənlərin ulduzu yenidən parlaya bilər
Missiya.Az-ın əldə etdiyi məlumata görə, dəyişikliklər dalğası Azərbaycan Dövlət Televiziyasından (AzTV) da yan ötməyəcək. Hətta sensasion hesab olunacaq təyinatlara şahidlik edəcəyimiz də istisna olunmur. Bu xüsusda, “vurulmuş” kimi görünən peşəkar televiziya işçilərinin yenidən görəv başına gətirilmə ehtimalının yüksək olduğunu da qeyd edə bilərik.
Məmmədovun AzTV “nağılı” bitir…
Məsələn, əldə olunan məlumatlardan o qənaətə gəlinir ki, milli televiziyanın məbədi hesab olunan AzTV-də Rövşən Məmmədov dövrü bitmək üzrədir. Onun sədr kimi fəaliyyəti uzunmüddətli olmasa da, bağlı olduğu dairənin dövlət etimadını itirməsindən dolayı düşdüyü məlum vəziyyət R.Məmmədovu gənc yaşında “sabiq” epiteti gəzdirmək məcburiyyəti qarşısında qoyacaq. Onun yerinə kimin təyin olunacağına gəldikdə, bu barədə dəqiq fikir söyləmək çətindir. Lakin real ehtimallar da yox deyil. Əlimizdəki məlumatların təhlili göstərir ki, AzTV-nin sədri postunda 2017-ci ildə ATV-nin prezidenti vəzifəsindən uzaqlaşdırılmış Vüqar Qaradağlını görə bilərik. V.Qaradağlı xeyli müddətdir ki, gözləmə mövqeyindədir və onun yenidən vəzifə başına gətirilmə ehtimalını ekspertlər də yüksək qiymətləndirirlər.
Qaradağlı, yoxsa Qasımov?
Digər diqqətçəkən versiya isə AzTV sədri postuna hazırda İctimai Televiziyaya rəhbərlik edən Balaş Qasımovun gətiriləcəyi ilə bağlıdır. Bu halda da V.Qaradağlı kənarda qalmayacaq. B.Qasımov ölkənin 1nömrəli kanalının sükanı arxasına keçərsə, onun İTV-dəki hazırkı vəzifəsində məhz V.Qaradağlını görə bilərik. Balaş Qasımovun namizədliyi ilə bağlı söhbət etdiyimiz mütəxəssislər bu variantın da reallaşa biləcəyini tamamilə mümkün hesab edirlər. Fikir müəllifləri qeyd edirlər ki, B.Qasımovun İTV-dəki parlaq fəaliyyəti onun AzTV-yə də eyni müvəffəqiyətlə rəhbərlik edə biləcəyini deməyə əsas verir.
Azər Xəlilovun yerinə kim gələcək?
Vəzifəsini itirəcək TV rəhbərləri sırasında adı başda çəkilənlərdən biri ATV-nin hazırkı rəhbəri Azər Xəlilovdur. Bu adam ATV-nin tarixinə uğursuz rəhbər kimi düşəcək. Onun kanala gəlişindən sonra ATV efir məkanındakı “topdağıtmaz” hesab olunan mövqeyini sürətlə itirməyə başladı. Məşhur aparıcıların bir-birinin ardınca ATV-ni tərk etməsinin əsas səbəbkarı kimi də məhz A.Xəlilovun adı çəkilir. Əməkdaşların peşəkarlıq göstəricilərinə görə deyil, şəxsi münasibətlərə əsaslanaraq irəli çəkilməsi, əməyin lazımı səviyyədə qiymətləndirilməməsi və sairə kimi halların bu gün daha çox ATV-də yaşandığı çoxlarına məlum həqiqətdir. O da heç kəsə sirr deyil ki, A.Xəlilov, yeni dövrün tələblərinə cavab verən idarəçilik mexanizmləri tətbiq etməyi, müasir standartlarla ayaqlaşan nümunələr yaratmağı bacarmır. Aydın şəkildə görünür ki, A.Xəlilovdan, məsələn, Murad Dadaşov və Balaş Qasımov sayağı performanslar gözləməyə dəyməz. Bu gün ARB də bütün göstəricilərə görə ATV-ni tamamilə üstələmək üzrədir. Bütün bunların üstünə məlum siyasi məsələləri də gəldikdə, A.Xəlilovun ATV-dəki dövürünün bitmək üzrə olduğu aydın görünür. Onun ardınca və ya eyni vaxtda qardaşı Vüqar Xəlilovun da CBC-dəki postundan ayrılacağı real ehtiamallar sırasındadır.
ATV-nin rəhbərliyinə kimin gətiriləcəyinə gəldikdə, deyə bilərik ki, bu posta da bir neçə namizəd var. Onların içində gerçəkləşmə ehtimalı yüksək olan isə ATV-nin hazırkı sədr müavini İsmayıl Həsənovun namizədliyidir. Məlumatlara görə, İ.Həsənovun A.Xəlilovu əvəzləyəcəyinə dair söhbətlər kanalın əməkdaşları tərəfindən də müsbət qarşılanır.
“Lider”in aqibəti necə olacaq?
araz.az xəbər portalı.