Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədovun rayon mərkəzində olan dəbdəbəli villası sakinlər üçün problem yaradıb.
Başçının villasının hasarına bitişik olan səki zəbt edilib və piyadaların hərəkəti çətinləşib. Başçının villası məktəbin yanındadır və zəbt edilən səkidən əsasən məktəblilər istifadə edirdi. İndi həmin səkidə icra başçısının ağacları əkilib.
Bundan başqa, səkinin digər hissəsini isə başçısının villasının həyətində olan tikilinin bir hissəsi zəbt edib. Bu barədə yerli sakinlər sosial şəbəkədə məlumat və video paylaşıb.
Həmin görüntüləri təqdim edirik.
[bt_youtube url=”https://www.youtube.com/embed/9UI0bDPFXb8″ width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.