Bakının Sabunçu rayonu, Pirşağa qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli “Qızılqum” sanatoriyasıda təhlükəli vəziyyət yaranıb.
Redaktor.az xəbər verir ki, sözügedən binada uçma təhlükəsi yaradan çat əmələ gəlib. Sakinlərin sözlərinə görə, əvvəldən mövud olan bu çatlar günü-gündən daha genişlənir və təhlükəli vəziyyət yaradır.
Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyi (FHN) və digər qurumlar ilkin araşdırmalardan sonra sakinlər üçün müvəqqəti çadırlar qurublar. Faktla bağlı araşdırmalar davam edir.
Mövzu ilə bağlı “ARB xəbər”in hazırladığı sujeti təqdim edirik:
[bt_youtube url=”https://www.youtube.com/embed/Fot5Y7kIjl8″ width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.