bandicam 2020 09 16 10 01 03 816Özbəkistanın keçmiş prezidentinin qızından müsadirə edilən 131 milyon dollar İsveçrədən ölkəsinə qayıdır

Özbəkistan İsveçrə səlahiyyətlilərinin Özbəkistanın ilk prezidentinin qızı Gülnara Kərimovadan müsadirə etdiyi 131 milyon dolların qaytarılması ilə bağlı İsveçrə ilə müqavilə bağlayıb.

Bu barədə “Meduza” İsveçrə hökumətinin açıqlamasına istinadla xəbər yayır.

Razılaşmada geri ödəmə prinsipləri göstərilib. Bunlar arasına “Özbək xalqının həyatını yaxşılaşdırmaq” üçün vəsaitlərin istifadəsi, Özbəkistanda davamlı inkişaf layihələrinə investisiya qoyulması, vəsait xərclənməsinin izlənməsi daxildir.

Kərimovaya məxsus 650 milyon İsveçrə frankı da (1 215 500 000 AZN) İsveçrədə bloklanmış vəziyyətdə qalır. Ölkə hökuməti bildirib ki, bu vəsaitlər istintaq çərçivəsində müsadirə ediləcəyi təqdirdə eyni qaydada Özbəkistana qaytarılacaq.

Qeyd edək ki, G.Kərimova bir il əvvəl ölkəsindəki 1,2 milyard dollarlıq sərvətini dövlət büdcəsinə keçirdiyini və xaricdəki yatırımlarını da geri qaytarmaq üçün çalışdığını bildirmişdi.

Mənbə: Oxu.Az 

araz.az xəbər portalı.