Yeni Azərbaycan Partiyasının (YAP) Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Bu barədə “Report”a YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.
H.Paşayev bildirib ki, bu vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub: “O, vəzifəsini ictimai əsaslarla yerinə yetirəcək”.
Qeyd edək ki, A.Hüseynov Milli Məclisin deputatıdır.
araz.az xəbər portalı.