1600152741 416842955Yunanıstan Egey dənizində 23 adadan 18-ni hərbi bazaya çevirib. Mütəxəssislər bildirirlər ki, cəbhəxanaya çevrilən bu adalar Türkiyə üçün təhdid yaradır. Bu səbəbdən də rəsmi Ankara məsələni BMT və NATO qarşısında qaldıra bilər.

Reyting.az xatırladır ki, Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan arasında gərginlik sürərkən rəsmi Afina Egey dənizində qeyri-hərbi statusda olan adaları silahlandırmaqla gündəmə gəlib. 1923-cü il Lozanna razılaşmasının 4 və 14-cü maddələrində, 1947-ci il Paris sülh konfransının qərarlarının 14-cü maddəsi pozularaq Egey dənizindəki 18 ada hərbi bazaya çevrilib.

Ynanıstan Midilli, Sakız adaları başda olmaqla Sisam, Sömbeki, Nikarya, Libsi, Batnaz, İleriye, Kelemez, İstanköy, Astipalya, İncirli, İlyaki, Herke, Çoban, Rodos və Meis adalarına ağır silahlar toplayıb.

Şimali Kipr Türk Respublikasının Diplomatik Strateji Araşdırma Mərkəzi adalarda toplanan silah və canlı qüvvə haqda son məlumatları paylaşıb. Bununla da Yunanıstan tərəfinin Türkiyəyə qarşı topladığı hərbi qüvvə və texnikanın sayı məlum olub. Reyting.az hərbi qüvvə və texnikanın sayını təqdim edir:

Midilli adası: 1 dviziya, 2 piyada alay, 7 piyada taburu, 1 milli qvardiya taburu, 3 tank taburu, 4 topçu taburu və 1 zenit taburu.

Sakız adası: 1 briqada və onun əsas bölmələri; 1 piyada alayı, 4 piyada taburu, 1 xüsusi milli qvardiya taburu, 1 tank taburu, 1 zenit taburu, 7500 əsgər.

Sisam adası: 1 briqada və onun əsas bölmələri; 1 piyada alayı, 4 piyada taburu, 2 mexanikləşdirilmiş tabur, 2 tank taburu, 2 topçu taburu, 1 zenit taburu, 7500 əsgər.

Rhodes adası: 1 bölmə və onun əsas bölmələri; 2 piyada alayı, 7 piyada taburu, 1 xüsusi milli qvardiya taburu, 3 topçu taburu, 1 komando taburu, 1 zenit taburu, 7500 əsgər.

İstanköy adası: 1 briqada və əsas bölmələr; 1 piyada alayı, 4 piyada taburu, 1 xüsusi mühafizə taburu, 2 tank taburu, 8 min əsgər.

Əlavə edilir ki, adalarda 6 quru qoşunları bazası, 2 dəniz bazası, 2 helikopter bazası qurulub.

Mütəxəssislərin fikrincə, Afinanın Lozanna anlaşmasını pozması, beynəlxalq hüquqa əks addımlar ataraq adaları silahlandırmaqla Türkiyəni təhdid etdiyi üçün rəsmi Ankara məsələni BMT və NATO-da qaldırmaqla yanaşı, bu adaların süverenliyini tanımamalıdır.

Ankara bu həmlə qarşılığında Şimali Kipr Türk Respublikasında hərbi varlığını artıra və burada dəniz, hava bazası qura bilər. Eyni zamanda Egeydə Yunanıstana verilməmiş 152 ada və adacığı BMT qeydlərinə keçirə bilər.

Reyting.az

araz.az xəbər portalı.