Müsavat Partiyasının həbsdə olan fəalı Tofiq Yaqubluya qan köçürülüb.
Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında həkim Adil Qeybulla deyib.
Onun sözlərinə görə, 15 gündür aclıq aksiyası keçirməsi nəticəsində T.Yaqublunun həm çəkisində, həm də qan göstəricilərində dəyişiklik var: “Qan göstəricilərinin aşağı düşməsi tendensiyası müşahidə edildiyinə görə, məcburən müəyyən tədbirlər gördük. Ona qan və plazma köçürülməsindən sonra vəziyyətini ümumi stabil saymaq olar”.
A.Qeybulla əlavə edib ki, T.Yaqublunun huşu özündədir.
araz.az
araz.az xəbər portalı.