Türkiyə ilə Azərbaycan arasında münasibətlərin xarakteri elə bir səviyəsədir ki, bizim ölkələrimiz arasında viza rejimi ola bilməzdi. Biz viza rejimini qarşılıqlı olaraq aradan qaldırmışıq. Viza rejiminin aradan qalxması ilə yanaşı gediş-gəlişin daha asanlaşdırılmış və rahat formada həyata keçirilməsi üsulları var. Əlbəttə, bununla əlaqədar müəyyən tədbirlərin görülməsinə ehtiyac var.
Publika.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda çıxışı zamanı Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirb.
O deyib: “Biz bilirik ki, qardaş Türkiyə bir çox qonşu, dost ölkələrlə artıq gediş-gəlişi kimlik üzərindən həyata keçirir. Nə üçün Azərbaycanla bu məsələlər həllini tapmasın?! Hörmətli nazirimiz Ceyhun Bayramovun Türkiyəyə ilk rəsmi səfəri zamanı Türkiyənin Xarici İşlər naziri hörmətli Mövlud Çavuşoğlu ilə keçirilən danışıqlarda bu məsələ qaldırıldı.Biz bu məsələni dərhal qeydiyyata götürdük və məsələnin həll olunması üçün işçi səviyyəsində müəyən təmaslar qurduq. Artıq qayıtdıqdan sonra bu məsələ hökumətə məruzə olundu. Biz hazırda bunun texniki baxımdan həyata keçirilməsi üçün lazım olan sənədləşmə işləri, hökumət çərçivəsində bu məsələlərin həlli çün razılaşdırma işləri ilə məşğuluq. Tam inanıram ki, biz yaxın zamanlarda bu məsələnin praktik həll olunmasına nail olacağıq. Burada heç bir maneə, heç bir məhdudiyyət yoxdur. Düşünürəm ki, biz işçi qaydada Türkiyə tərəfi ilə yaxın vaxtlarda bu işi yoluna qoyacağıq. Bizim vətəndaşlarımız kimliklə gedib-gələ bilsinlər”.
araz.az
araz.az xəbər portalı.