Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyanın təsdiq olunmasına dair fərman imzalayıb.
AZƏRTAC Ukrayna Prezident Ofisinin saytına istinadla xəbər verir ki, strategiyada Azərbaycan Ukraynanın strateji tərəfdaş dövləti kimi qeyd edilib.
Sənədin 36-cı bəndində göstərilir ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Litva Ukraynanın strateji tərəfdaşlarıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
araz.az xəbər portalı.