Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında çıxışı zamanı bildirib ki, rus mütəxəssislərinin müşahidələri yeni növ koronavirus infeksiyasına yoluxan insanın 48 günə qədər virusu ötürməyə davam etdiyini təsdiqləyib.
Turkustan.info xəbər verir ki, xarici mütəxəssislər virusun 90 günə qədər davam edə biləcəyini söyləyirlər. Səthlərdə isə sərbəst buraxılan virusun 48 saata qədər “yaşaya” bildiyi məlumdur.
Bəs bu niyə baş verir və koronavirusdan sağalan insanların xəstəliyi yoluxdurma təhlükəsindən qorxmaq lazımdırmı?
Rusiyalı tibb elmləri doktoru, alim, tanınmış virusoloq Aleksandr Lukaşev bu suallara cavab verib.
“Əksər hallarda virusun aşkar edildiyi bildirildikdə bu, virusun nuklein turşusunun olduğu deməkdir. Bu, virusun canlı olması demək deyil. Məsələn, virusun nüklein turşusu tozda, havada, kran suyunda tapıla bilər. İndiyə qədər deyək ki, daimi buzlaqlarda mamont nuklein turşusu tapa bilərsiniz, bu, mamontun indi oradan çıxacağı anlamına gəlmir”, – mütəxəssis açıqlamasında qeyd edib.
Lukaşev virusun canlı olmasına baxmayaraq, bir insanın yoluxması üçün 1, ya da 10 deyil, 100 və ya daha çox, bəzən 10 minə qədər virusa ehtiyac olduğunu söyləyib:
“Odur ki, canlı virus bir yerdə qalsa da, onun miqdarına baxmaq lazımdır. Bir çox halda virusun yoluxuculuğunu davam etdirməsi yalnız nəzəri cəhətdən təhlükə yarada bilər. Yəni bir insan virusu ötürə bilər, hətta bu virus canlı ola bilər, ancaq belə bir insan epidemioloji təhlükəni təmsil etmir”.
O əlavə edib ki, iki PCR testindən keçən və cavabı neqativ çıxan insan koronavirusdan sağalmış sayılır və xəstəxanadan buraxılır: “Mənfi test nəticəsi virusun, hətta heç bir hissəciyinin bədəndə qalmadığını göstərir. Epidemioloji baxımdan virusun asimptomatik yayılması böyük problemdir, lakin bu, əhalinin əhəmiyyətli hissəsinin onsuz da koronavirusa qarşı antikorlara sahib olmasını göstərir. Bu o deməkdir ki, COVID-19 heç bir simptom göstərmədən dövriyyəyə girə bilər”.
araz.az
araz.az xəbər portalı.