thumb600x0KS9WLWH622Dünən “Baku FM” adlı yutub kanalı Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin öldüyü barədə məlumat yaydı. Kanalın hazırladığı sujetdə R.Mehdiyevin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Şübhəsiz ki, bu, dezinformasiyadır, şayiədir. Bəs “Baku FM” yutub kanalının belə bir yalan məlumat yaymaqda məqsədi nə ola bilər? R.Mehdiyevin “ölüm” xəbərini yaymaq hansı hədəfə hesablanıb və burada maraqlı tərəf kimlər ola bilər?

Qeyd edim ki, “Baku FM” yutub kanalı hazırda Almaniyada yaşayan “Kanal13”ün sahibi Anar Orucova və onun Bakıda yaşayan qardaşı Əziz Orucova məxsusdur.

İndiyə qədər müxtəlif siyasi intriqalarda adları hallanan Orucov qardaşlarının fəaliyyəti hər zaman ciddi suallar doğurub. Hətta sahibi olduqları “Kanal13” yutub kanalının müxtəlif paralellər üzərindən Almaniya və İran kəşfiyyat orqanları ilə əlaqəli olması barədə fikirlər də səslənən iddialar sırasındadır. Bakıdakı ofislərində xeyli sayda işçi saxlayan Orucov qardaşlarının maliyyə mənbələri barədə hüquq-mühafizə orqanları məlumatlı olmamış deyillər. Ancaq mən nəzərləri bu məsələnin siyasi tərəflərinə çəkmək istəyirəm:

Birincisi, R.Mehdiyevin “ödüyü” barədə sujet niyə məhz daha geniş izləyici olan “Kanal13”-də yox, “Baku FM”də yayımlandı?

İkincisi, 2009-cu il martın 18-də yutubda açılan “Baku FM”-in fəaliyyəti nə üçün bu günə qədər diqqət cəlb etməyib? Daha doğrusu, bu yutub kanalının sahibləri “Baku FM”-i niyə ikinci planda saxlamağa üstünlük veriblər?

Belarus hadisələrindən bir çox ölkələr, eləcə də, Azərbaycan müəyyən nəticələr çıxarmalıdır. Belarusda prezidentliyə namizəd Svetlana Tixonovskayanın əri Sergey Tixonovksinin nəzarətində olan onlarla yutub kanallar məhz seçkilərdən sonra peyda oldu.

Bu kanallara geniş izləyici kütləsi –abunə yığıb “ehtiyat resurs” kimi saxlayırlar. Belə sosial media resursları bir çox halllarda “açarlanıb” gizli saxlanılır. Ara-sıra dezinformasiyalar buraxmaqla cəmiyyətin nəbzini test edirlər. Və ölkədə siyasi sabitlik azca pozulan kimi bu kanallar qəfil hücuma başlayırlar. Bax, bu zaman kimin, necə və hardan hücum etdiyi bilinmir.

“Baku FM” yutub kanalı vasitəsilə R.Mehdiyevin “öldüyü” barədə məlumatın yayılmasında bir sıra məqsədlər ola bilər:

— R.Mehdiyevin ətrafında baş verən hadisələrin səngiməsinin qarşısını almaq, onun ətrafındakı proseslərin yenidən qızışdırılması

R.Mehdiyevi bu dəfə daha aqressiv şəkildə yenidən açıqlama verməyə təhrik etmək

R.Mehdiyevin bu günə qədərki ittihamlarını konkret hədəfə yönəltmək (sözsüz ki, R.Mehdiyev hədəf göstərsə, bu hədəf hakimiyyətin içərisində müəyyən şəxslər olacaq. Necə ki, ad çəkməsə də, onun əvvəlki açıqlamalarından bu açıq görünürdü.

 Hakimiyyətin ən üst təbəqəsində təmsil olunan şəxsləri R.Mehdiyevin növbəti yazısında hədəfə gətirmək

“Köhnə”lər və “yeni”lər arasında savaşı qızışdırmaq, bu istiqamətdə yeni cəbhə açmaq, vaxtilə hakimiyyətin ən üst təbəqəsində təmsil olunan  şəxslərlə hazırda hakimiyyətdə təmsil olunan iri ranqlı məmurlar arasında nifaqı daha da dərinləşdirmək, daha dərin çatlar yaratmaq

 İctimai fikirdə hakimiyyətdaxili “bölücülüyü”n miqyasını daha da genişləndirərək ölkə idarəçilik üsuallarına qarşı daha böyük inamsızlıq yaratmaq  

Nəzər alsaq ki, Azərbaycanda “Boz kardinal” kimi tanınan  R.Mehdiyevin özünün bu xəbərə ilk reaksiyası belə ola bilərdi: “Mənə mesaj çatdırılır ki, sən artıq ölüsən! Çıx get, qoyualn tələblərə də riayət elə!”.

Amma məsələyə “Baku FM”-in maraqları çərçivəsində baxsaq, görəcəyik ki, bu yutub kanalı da ilk mərhələdə “açarlanmış” funksiya yerinə yetirir. Ara-sıra dezinformasiyalar buraxmaqla cəmiyyətdə caşqınlıq yaratmaqda maraqlı görünür. “Baku FM”-nin R.Mehdiyevlə bağlı bu sujetinə 14 saat ərzində 113 min dəfə baxılıb. Kiçik göstərici deyil. Kanalın siyasi yüklü digər materiallarına baxış sayı bundan dəfələrlə azdır. Maraqlıdır… Əslində bu addımla “Baku FM” öz təyinatını, hansı məqsədlə yaradıldığını və gələcəkdə hansı istiqamətdə fəaliyyət göstərəcəyini bildirmiş oldu.

“Baku FM” “Kanal13”-ün törəmə tərkib hissələrindən biridir, böyük ehtimalla yutubda və Facebookda bu şəbkəyə – Orucov qardaşlarına müxtəlif adlarla məxsus onlarla belə kanallar, böyük səhifələr var. Əksəriyyəti də “açarlanmış”. Hələki mövsümü, amma nəbz yoxlayan materiallarla fəaliyyətlərini davam etdirirlər.

P.S. R.Mehdiyevin dövlətçilik sütunlarının dağıdılmasında, vətəndaş-dövlət münasibətlərinin sıfıra endirilməsində böyük “xidmət”ləri var, ölkədə “çətirlənmiş iqtisadi-siyasi monopoliya”nın əsas müəlliflərindəndir. Lakin xaricdə oturub maliyyə mənbələri qaranlıq olan internet resurslarla dezinformasiyalar yaymaq Azərbaycanın daxili işlərinə kənar müdaxilə, ictimai fikri çaşdırmağa yönəlmiş addımdır. 

Samir FEYRUZOV 

araz.az xəbər portalı.