57fe3fe2 66f7 43f0 a28a 9559dd0e49d1“Kütləvi informasiya vasitələri haqqında” qanun köhnədir. Söhbət, tarix baxımından , yəni onun 1999-cu ildə qəbul olunmasından getmir. Məsələ ondadır ki, bu qanun mahiyyət baxımından yeni dövrün mediası ilə uyğunlaşmır. İnternetin inkişafı, yeni medianın ortaya çıxması KİV haqqında qanunvericiliyin də yenilınməsini tələb edir”.

Bunu “Ölkə.Az”a açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, mövcud qanun isə  sosisal şəbəkələrin, internet-medianın inkişaf etdiyi hazırkı dövrdə KİV-lərin səmərəli fəaliyyətini tənzimləmək iqtidarında deyil, qanunda çoxlu boşluqlar var. “Ötən dövr ərzində KİV qanunvericiliyinə, təqribən, 38 dəyişiklik edilib. Bu qədər dəyişiklikdən sonra ortadakı problemlər yenə də aradan qalxmayıb. Mövcud qanunlar ənənəvi medianın-qəzet, jurnal, televiziya, radio- fəaliyyətinə uyğundur, amma yeni medianın-internet tv, xəbər portalları, social medianın fəaliyyəti üçün qənaətbəxş deyil. İndi əksəriyyət onlayn media resursu təsis dir. Amma onlayn media təsisçiliyini tənzimləyən standartlar yoxdur. Baxıb görə bilərsiniz ki, əksəriyyət özü üçün sosial şəbəkə platformalarında-facebook, youtube və sair-şəxsi hesab açır, fikir paylaşımı edir, amma bunun adını KİV qoyur. Hansı ki, onların paylaşımları KİV haqqında qanunlara, KİV standartlarına cavab vermir. Onda sual yaranır ki, bəs bu tip KİV-lərin fəaliyyəti necə tənzimlənməlidir.  Düzdür,  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”  qanunu yeniləşdirməklə, bu boşluğu müəyyən qədər aradan qaldıra bildilər, amma problem böyük mənada hələ də qalmaqdadır. İndi elə qanunlar hazırlanmalıdır ki,   internet medianı və sosial şəbəkələri  də əhatə də bilsin”-M.Ələsgərli bildirib.

 Mürtəza
Ölkə.Az

araz.az xəbər portalı.