“İNQƏ” sözünün hər bir hərifinin böyük mənaları var.
Öncə bir faktı nəzərinizə çatdırım. Yəqin bilirsiz ki, yer üzünə gələn hər bir insan müsəlman olaraq doğulur. Həmçinin dünyaya müsəlman gəlməklə bərabər “İNQƏ” sözünü də gətirir.
Bəs elə isə “İNQƏ” nə deməkdir?
İ – islam,
N – namaz,
Q – Quran,
Ə – əzrail.
Körpələr demək isyəyir ki, ey böyüklər, İslama yönəl, namaz qıl, Qurandan yapış, əzraili hər gün yada sal. Bəri başdan qeyd edim ki, bu sözlərin hamısı ərəb mənşəli sözlərdir.
Birinci hərfin mənası:İ-insan,İ-iblis,İ-islam.Yəni həyat insanla iblisin mübarizəsidir. Xilas yolu isə islamdır. Bu birinci hərfin mənasıdır.
II hərfin mənaları: N-namaz, N-nəzir, N-niyaz. Yəni ki, ey insan, namzını qıl imkanın vara nəzirini və niyazını ver.
III hərfin mənaları: Q-Quran, Q-qəbir, Q-qiyamət, Q-qəfil. Yəni Quranı oxu, qəbirə girəcəksən, qiyamət qopacaq, qəfil qopacaq.
IV hərfin mənaları: Əzrail. Yəni ki, ey insan, hara qaçsan da, hara getsən də canını mütləq əzrail alacaq. Ölüm haqdır.
Bu faktı da qeyd edim ki, peyğəmbərlərin bir neçəsi beşikdə ikən Allahın əmri ilə danışıb və şahidlik ediblər.
Buna misal olaraq İsa peyğəmbəri göstərmək olar. Yusif peyğəmbəri isə Züleyxanın şərrindən beşikdəki körpə xilas edib.
Bu 2 peyğəmbərləri bilirsinizmi nə üçün misal çəkdim? Ona görə misal çəkdim ki, Allahın körpələr vasitəsi ilə nəyisə bildirməsi mümkündür.
Bir daha düşünək, dilsiz-ağızsız körpə və əlifbadan bir hərf belə bilməyən körpə “İNQƏ” sözünü sizcə təsadüfənmi deyir? İcra.az
araz.az xəbər portalı.