usaq 19 mərtəbəli yaşayış binasının qarşısında çox kiçik bir boş ərazi var. Burda həm uşaqlar oynayır, asudə vaxtını keçirir, həm də avtomobillər hərəkət edir. Və bunlar hər ikisi üst-üstə düşəndə burada çox təhlükəli vəziyyət yaranır. Sakinlərin dediyinə görə, burada dəfələrlə uşaqları avtomobil vurub.
ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı ətraflı sujet yayımlanıb.
Sakin: “Uşaqlar maşın yolunda oynayırlar. 2 dəfə maşın vurub uşaqları, xəstəxanaya düşüblər. Problem axır vaxtlar lap çoxalıb. Çünki uşaqların və maşınların sayı da artıb”.
Görüntülər paytaxtın Xətai rayonu, Sarayevo 18 ünvanındandır. Burada uşaqların avtomobil yolunda oynamasına, bina sakinlərinin də oturmağa yer tapmamasına səbəb isə ərazidə olan müxtəlif obyektlərdir.
Sakin: “Gecə burda dava düşür, maşınla. Maşınlar gəlir, keçməyə yol olmur, söyüş söyürlər. Yer yoxdur, klinikanı da gətirib burda tikdilər”.
Çoxmərətəbli yaşayış binasının həyətyanı sahəsinin zəbt olunması ilə yanaşı, avtomobillərin də alternativ yol kimi buradan istifadə etməsi vəziyyəti qəlizləşdirir.
Vətəndaşlar təhlükənin qarşısnı almaq üçün süni maneələrdən istifadə etməyə çalışır. Amma bu da çıxış yolu deyil. Çünki sakinlərin qoyduğu maneələri sürücülər götürüb yolun kənarına atırlar, yenə də həmin vəziyyət yaranır”.
Elnur Fərzəliyev – Ekspert: “Qanunvericilikdə tikilən hər bir binanın həyətyanı əraziləri həmin binaların sakinərinin sayına uyğun ayrılır. Bu tikinti normativlərində belədir”.
Son illər bu normativlərə əməl edilmədiyini deyən ekspertlər, aidiyyatı qurumları ittiham edir.
Elnur Fərzəliyev – Ekspert: “Qanunvericilik buna imkan verməsə də, onların demək olar ki, böyük əksəriyəti icazə ilə tikilir. İstənilən tikinti aparan iaşə obyektinə biz yaxınlaşsaq, onun istər bələdiyədən, istər yerli icra hakimiyətlərindən tikinti ilə bağlı müəyyən sənədləri və sərəncamları olduğunu görərik”.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyətindən isə bildirildi ki, həmin obyektlərin tikintisinə icazələr illər əvvəl verilib. Hazırda sözügedən ərazi ilə yanaşı, başqa bir neçə küçəyə baxış keçirilib və orada abad həyətlərin salınması layihələri var.
Pənah İmanov – Xətai RİH-in şöbə müdiri: “İşləri görən zaman orada uşaqlar nəzərə alınır, uşaqların əylənməsi üçün əyləncə qurğuları qurulur. Tutalım ki, həyətdə hər hansı bir xeyir-şər evi var, əvvəllər istifadə olunub, indi isə istifadə edilmir. Sakinlərin istəyilə o da ordan göütürülür yerində gözəl bir abad həyət salınır”.
Qeyd edək ki, sözügedən layihənin paytaxtın bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.
[bt_youtube url=”https://www.youtube.com/embed/SIO9TpAI-rI” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.