kod66787Məhkəmənin nəticəsi olaraq Tofiq Yaqublu bu gün ev dustaqlığına buraxılıb.

Məhkəmənin bu qərarını necə qiymətləndirmək olar?

araz.az xəbər verir ki, azxeber.com saytı bu sualla Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğluna müraciət etib. O, açıqlamasında bu addımı dövlətin atdığı ən düzgün addım adlandırıb:

“Bu hakimiyyətin və ölkə başçısının atdığı ən düzgün addımdır. İndiki halda Tofiq Yaqublunun həbsdə qalması, onun sağlamlığının risk altında saxlanılması heç kimə lazım deyil. Hökümət bir kurs seçib, iqtidar-müxalifət yaxınlaşması. Bu cürə addımlar atılmalıdır ki, ölkədə olan gərginlik aradan qaldırılsıln. İctimai rəy hər zaman nəzərə alınmalıdır. Mən bu addımı alqışlayıram”. 

Partiya sədri deyib ki, bəzi qüvvələr Tofiq Yaqublu üzərindən siyasi divident qazanmaq istəyində idi:

“Bəziləri istəyirdi ki, Tofiq Yaqublu ölsün və ölkədə ara qarışsın. Biz partiya sədrləri olaraq Prezidentə müraciət etmişdik ki, Tofiq Yaqublu azad edilsin və səsimiz eşidildi. Kim onun ölümünü istəyirdisə, bu artıq vicdan məsələsidir. Mən bir daha bu addımı iqtidarın və İlham Əliyevin ən düzgün qərarı kimi qiymətləndirirəm”

araz.az

araz.az xəbər portalı.