Dilarə xanım…
Köhnə Kişilər günündə ölümünü hədiyyə edən xanım!
… Bizə dekabristlərin qadınlarını nümunə göstəriblər.
… Bizə Leninin qadınını nümunə göstəriblər!
Amma bizim… dünyanın ən böyük qəbul etdiyi qadınlarının belə… BİZİM BÖYÜK OLAN QADINLARIN əlinə su tökməyə layiq olmayan qadınlarımızı həbsxanalara atıblar, ləkələyiblər, heç birini bacarmayanda (hətta şərəfsiz insanların belə!), incidiblər, ağladıblar, mənəvi əzab veriblər.
Mən ilk dəfə dilənən qadın görəndə ağlayacaq qədər aciz adam olmuşam, amma mən böyük – ruhən, mənən, fitrətən – qadın görəndə, haqqında oxuyanda, Allahın hüzurunacan merac edə bilib, şəxsən Özünə səcdədən kainata səslənən biriyəm həm də!
Mən bunu Hüseyn Cavidin qadını Müşgünaz xanımdan oxuyanda, onun haqqında xatirələri dinləyəndə yaşamışam!
Mən bu anı Cəfər Cabbarlının Sonası haqqında oxuyanda, Ondan danışılanda bacarmışam.
Mən bir daha və yenidən o hissə böyük və möhtəşəm Bəxtiyar Vahabzadənin ömür-gün yoldaşı Dilarə xanımın ömür yaşanatılarına bələd olanda sahib olmuşam!
Yox, mən masirimiz olan bu qadını həyatda görməmişəm. Onunla danışmamışam! Eşitməmişəm O gözəl ürəyin və düşüncənin sahibinin səsini!
Amma mən… 20 ildir dəpdəqiq bilirəm o qadına nələr yaşadılıb! – sovet hökümətinin ifritələrindən tutmuş ta müstəqilliyimizin murdarçalarına qədər.
Mən faktologiya tərəfini qoyacam bir qırağa, illəri, ayları, günləri deməyəcəm, amma yaşadılanları ümumiləşdirəcəm.
Dilarə xanım minlərin, on minlərin, yüz minlərin – Sözün, Sənətin, Elmin təmsilçilərinin heyrətlə, rəğbətlə sevgi bəslədiyi böyük bir filosofun, pedaqoqun, həm də şairin qadınıydı! Xüsusi vurğulayıram: həm də ŞAİRİN!
Dilarə xanım eyni zamanda və həm də paralel olaraq, vəzifə başında, səlahiyyət yiyəsi olan 10ların, 100lərin, …Nlərin düşmənçilik etdiyi bir səlahiyyətsiz və imkansız, amma Böyük Düşüncəsi və Sözü olan Vətəndaşın xanımı idi! Xüsusi vurğulayıram: vəzifə başında və səlahiyyəti olan düşmənlərinin qabağında heç bir səlahiyyəti, imkanı omayan, Sözü və Düşüncəsi böyük olan Vətəndaş üz-üzəydi!
Dilarə xanım şəxsən tanıyanın da, şəxsən tanımayanın da, amma və lakin… gözəlliyinə, yaraşığına, ruhuna, diqqətinə, qayğısına, nəvazişinə, həm də sevməyi bacardığına görə sevilən bir Kişinin qadınıydı, hansı ki, xanımı olmaq imkanlarından məhrum olmaqlarına baxmayaraq, məşuqəsi olmağını özlərinə şərəf bilirdilər!
Bəli, Dilarə xanım hərtərəfli qorumağa və qorunmağa məcbur olduğu bir İnsanın xanımıydı!
Bu savaşdan üç nəhəngin xanımı – Hüseyn Cavidin, Cəfər Cabbarlının və Bəxtiyar Vahabzadənin – salamat, diri çıxıb: mən bunları tanıyıram və tanımadıqlarımın ruhu məni bağışlasın!
Təxminən iyirmi il əvvəl Bəxtiyar Vahabzadənin üstünə çamur atıldığı vaxtlarda bir yazı yazdım və… bir qadın məni axtarıb tapdı. Həmin yazıyla həyatıma daxil oldu. Bircə iradla: ola bilər kimlərsə, hətta Bəxtiyar Vahbzadə özü də sənə desə ki, yaxşı yazmısan, bu doğru olar, ancaq sənə deyim ki, nə sən, nə də sənə “sağ ol” deyənlər heç vaxt bilməyəcəklər ki, Bxətiyar Vahabzadə özü, ailəsi nə boyda ağır, çətin və şərəfsizliklə aparılan mübarizələrdən salamat, diri çıxıblar. Siz Onun nə boyda böyük olduğunu bilməyəcəksiniz. Sonradan bildiyim kimi, bu xanım xüsusi xidmətdə zabit olmuşdu. Xidməti silahı vardı. İmkanı böyük, əlaqələri geniş idi – ən yüksək səviyyələrdə. Və mənə danışdığını yazıram. Yazıram ki, Dialrə xanımın Azərbaycanın və həm də birbaşa dünyanın böyük qadınları sırasındakı ucalığına ehtiram göstərək.
“… Mən üçüncü kursda oxuyurdum. Azərbaycan dilini və ədəbiyyatını, dünya söz incilərini gözəl bilirdim. Məni əməkdaşlığa cəlb etdilər xüsusi xidmətin əməkdaşları. Vəd olunduğu kimi qırmızı diplom da aldım, ən prestijli yerə də təyinat verdilr. Bunları mənə Bəxtiyar Vahabzadənin ailəsində qanqaraçılıq salmaq üçün vəd etdilər. Mən hər gün ona sevgi məktubları yazmağa, aparıb qapısına atmağa, bütün hər şeyə hazır olmağımı, dərdindən öldüyümü nümayiş etdirməyə borcluydum. Nəticədə ya Bəxtiyar Vahabzadə məni görməli, gözəlliyimə aldanmalı, ləkələnməliydi, ya da evində hay-qırğın düşməliydi, ailə dağılmalıydı. Deyim ki, bu tip və digər missiyalar üzrə mən tək deyildim, ayrı profillər üzrə ayrı gözəlçələr var idi. Mən ta ərə gedənə qədər hər gün yazdım, qabağına çıxdım, fəqət o böyük İnsan, Kişi, Şair və Vətəndaş olmaqdan çıxmadı. Mən bu gün dünyada bir Kişini sevirəm, mən bu gün dünyada bir Qadına baş əyirəm. O kişi Bəxtiyar Vahabzadə, o qadın onun həyat yoldaşı Dilarə xanımdır. Səninlə isə ona görə dostlaşdım ki, sən bu incəlikləri bilmədən belə, məqsədl şəkildə ona atılan çamura cavab yazmısan”.
SÖZARASI: Əlbəttə, kimlərsə düşünə bilər ki, heç vaxt heç kim nələrisə etiraf eləməz, amma və lakin… unutmayaq ki, Qadın… böyük bildiyi, böyük gördüyü Kişiyə hər şeyi etiraf edir: həyatındakı kişilərlə ünsiyyətdən ta dövlət sirrinəcən!
Diqətli oxucularım, daha doğrusu, illər öncədən məni izləyənlər bilir ki…
Mətbuatda bir neçə şair-yazıçı var ki, bir şey olan kimi, lap daha doğrusu, doğru olanı söyləyən kimi, ailələrini gündəmə gətirirlər və mən həmişə onları müdafiə etmişəm, ən sərt, kəskin şəkildə cavab verməyə nail olmuşam, hətta elə olub ki, latayır ifadələrdən çəkinməmişəm! Çünki bilmişəm ki, onlar hər şeylərini Azərbaycan adına qurban veriblər, hətta ailələrini itiriblər. Onların günahı deyil ki, onların xanımları Müşgünaz, Sona, Dilarə olmağı bacarmayıb!!!
Dilarə xanım olmağı bacarmaq bir ayrı dünyadı – təkcə qısqanmamaq, “bağışlamaq” böyüklüyü deyil, həm də… “kaqebe”-nin qurduğu tələlərdən, etdiyi gedişlərdən, taktiki və strateji kombinasiyalardan həm özünü, həm Şair, Pedaqoq, Filosof, Vətəndaş, Kişi ərini qorumaqdı, balalarını böyütməkdi, heç nəyə baxmayaraq, qayğını, nəvazişi, evdəki əmin-amanlığı sabit saxlamaqdı!
O sabitliyi ki…
Yazıya Aslan İsmayılovun başsağlığı əvəzi sosial şəbəkədə səhifəsində paylaşdığını əlavə edirəm:
“Bu gün (fevarılın 23-ü – A.C.) dahi Bəxtiyar Vahabzadənin həyat yoldaşı Dilarə xanım rəhmətə getdi. Dilarə xalanı 2000-ci illərin əvvəllərindən, ilk dəfə Bəxtiyar müəllim ilə görüşdüyüm gündən tanıdım. Gördüyüm ilk günlərdən mənə anam qədər doğma oldu. Bəxtiyar müəllim ilə həyatının son iki ili, artıq dahi Şairin nasaz olan vaxtları tez-tez görüşərdik. Görüşümüz də hər dəfə bir neçə saat çəkərdi. Dilarə xalanın Bəxtiyar müəllimə münasibəti sanki ananın balaya münasibətini xatırladardı. Təxminən hər yarım saatdan bir Dilarə xala sakitcə otağa girər, doğranıb səliqə ilə qaba düzülmüş almaları qoyub həzin səsi ilə “A Bəxtiyar, bir az alma ye”, az sonra boşqabda sup gətirib “A Bəxtiyar, bir az sup ye”, daha sonra nəlbəkidə dərmanları gətirib “A Bəxtiyar, indi dərmanlarını iç” deyərdi. Bir az keçəndən sonra isə çay gətirərdi. Sanki həyatı elə Bəxtiyar müəllimə qulluq etmək ilə keçərdi. Bəxtiyar müəllim rəhmətə gedəndən sonra da zəng edib hal-əhval tutanda “ay Aslan müəllim, gəl sənə Bəxtiyarın supundan bişirim” deyərdi. Hər dəfə də “Dilarə xala, mənə müəllim demə” xahişi ilə müraciət edəndə “yox, Aslan müəllim, Bəxtiyar inciyər” deyərdi. Azərlə bəzən Dilarə xalaya baş çəkməyə gedəndə bolluca Bəxtiyar müəllimlə bağlı xatirələr danışardı. Tam səmimi deyirəm, hər dəfə onunla görüşdən sonra sanki anamı görmüş kimi olurdum. Anam qədər dümağ saçlı, sakit, nurlu, mehriban idi. Yeni il qabağı danışanda da “Bax ha, Novruz Bayramına sənə Bəxtiyarın supundan bişirəcəm, gələrsən” sözlərinə “Dilarə xala, Azər gətirsə gələcəm” deməyimə “sən də mənim oğlumsan, onsuz da gələ bilərsən” dedi. Bir də ən çox məni valeh edən oğlu Azərin Dilarə xalaya tanıdığım ilk günlərdən göstərdiyi nəvaziş olmuşdu. Əminəm ki, bu gün ən ağır Azər üçündür. Hər gün nahar etməyə Dilarə xalanın yanına qaçan Azər, görəsən bu boşluğu indi nə ilə əvəz edəcək? Mənim üçün isə bu gün dünyadan tək dahi Bəxtiyarın həyat yoldaşı yox, həm də hər kəsə nümunə olacaq Azərbaycan xanımı getdi”.
Unutmayın ki, Dilarə xanım Aslan İsmayılovun qələmə aldığı münasibəti uzun illər yaşanan müsibətlərdən sonra sərgiləyib!!!
Son söz əvəzi: Bir dəfə Azər müəllimlə görüşəsi oldum. Görkəmli ictimai-siyasi xadim, hüquq elmləri doktoru İlyas İsmayılov zəng etmişdi, problemimin QANUNİ yolla həllinə kömək etməyimi istəmişdi. Görüşdüm. Əlbəttə ki, rüşvətin tüğyan etdiyi rayonda Azər Vahabzadə problemimin qanuni – rüşvətsiz həllini təmin etdi və mənə bildirdi:
– Mən atamın sənin yazını oxuduğunu görmüşəm…
Və mən Aslan müəllimin yazısını oxyanda gözüm qabağında canlandı: Dilarə Ana qəzetləri Bəxtiyar müəllimə verir və deyir: “A Bəxtiyar, bax gör fərli bir yazı tapırsanmı oxumağa, gör yenəmi sənə böhtan atıblar, gör, səni sevənlərin səsi çıxırmı?”
Bu hissi ancaq doyunca ağlamaqla özündən keçirmək olar!
… O gözlər bu gün yumulub, amma və lakin: bir-birlərini bir daha və yenidən görmək üçün!
Görüşünüz ən böyük hədiyyədir! Belə gözəl hədiyyəni köhnə Kişilər Günündə ancaq və ancaq Dilarə xanım edə bilərdi!
Öpürəm bir-birinizi və bizi görən gözlərinizdən! Dünyanız cənnət olsun. Əminəm ki, rəhmətiniz İlahidəndir!
(Xüsusi olaraq “Təzadlar” üçün)

araz.az xəbər portalı.