tofiqMüsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb. Turkustan.info-nun məlumatına görə, bu barədə həkim Adil Qeybulla məlumat verib.

Vəkili Aqil Layıc isə ev dustaqlığına buraxılan T.Yaqublu ilə şəklini paylaşıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatə baxılıb.

Hakim Elmar Rəhimovun sədrliyilə keçirilən iclasda T.Yaqublunun vəsatəti təmin edilib.    /Modern.az/

araz.az xəbər portalı.