1600450644 rasim memmedovNadir Abıyevin ilk tədbiri uğursuz oldu, ona xəbərdarlıq edildi

Yenixeber.org: Xəbər verdiyimiz kimi “İctimai Nəzarət Koalisiyası ” İB adlanan təşkilatın cənub bürosunda son vaxtlar qəribə hadisələr baş verir. Öncə bu təşkilatın cənub bürosu 2 yerə bölünərək, daha bir təşkilat yaradılıb. Yəni, Lənkəran, Astara, Lerik bir, Masallı, Yardımlı və Cəlilabad rayonların əhatə edən filial isə ayrıca qurum kimi fəaliyyətə başlayıb. Bu təşkilatın əvvəlki fəalları Afər Cahangirov, Cəsarət Əliyev və digərləri bundan sonra təşkilatın sıralarını tərk edib. Bu təşkilatın yeni yaradılan qanadına, Masallı İHB-nin sabiq 1-ci müavini Nadir Abıyev rəhbərlik etməyə başlayıb.

Bu gün, sentyabrın 18-də, nahardan sonra adıçəkilən təşkilat Masallıda ilk tədbirini keçirtməyə cəhd edib. Tədbir üçün məkan Masallının keçmiş Torpaq şöbəsinin, indi Mətbəə adlanan binası qərargah seçilib. Nahardan sonra binanın qarşısına 50 nəfərə yaxın insan toplaşıb. Onlar özlərini bu təşkilatın könüllüsü olduğunu bildiriblər. Binaya kənar şəxslər, hətta jurnalistlər buraxılmadığından şəkil çəkmək belə mümkün olmayıb. Daha sonra “İctimai Nəzarət Koalisiyası” İB adlanan təşkilatın sədri Rasim Məmmədov təntənəli şəkildə, 10 nəfərlə, 2 xarici maşında binaya daxil olub.

Masallı İcra hakimiyyətinin adını açıqlamaq istəməyən rəsmisindən aldığımız məlumata görə, 60 nəfərlik tədbirin keçirilməsində pandemiya qaydaları gözlənilmədiyindən tədbir dağıdılıb, İB-nin sədri Rasim Məmmədov polisə aparılıb, Nadir Abıyevə isə mülkün sahibi kimi xəbərdarlıq edilib. 

Masallıda filial kimi fəaliyyətə başlayan bu təşkilat haqqında olduqca maraqlı məlumatlar dolaşır.  Bu işdə fəallıq göstərmək istəyənlər kimlərdir, onların əsas hədəfləri nədir, kimdir? 

Hələ ki, araşdırmamız davam edir.

Bütün tərəflərə, sözləri olarsa, yer ayırmağa hazırıq.

araz.az xəbər portalı.