bandicam 2020 09 20 12 10 24 549“Tovuzda Azərbaycana hücum edən, Şuşada yallı gedən, Qarabağla bağlı danışıqları pozacaq bəyanatlar verən Ermənistana etiraz etmək əvəzinə həmsədrlər 2 ay yataraq, indi ayılıb, hər iki tərəfi danışıqlara səsləyirlər”.

“MediaPost” xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov səsləndirib. O, “Tovuz hadisələrindən 2 ay keçəndən sonra yatıb – yatıb indi ayılan Minsk qrupu hansı siyasi etikanın sahibidir”- deyərək ATƏT-in Minks qrupunun fəaliyyətsizliyinə etiraz edib:

“Deməli, Anjey Kaspişik və 3 həmsədrlər nəhayət ki, gözdən pərdə asmaq üçün iclas keçiriblər. Sentyabr ayının ortasında utanmazcasına həmsədrlər Ermənistan-Azərbaycan sərhədində iyul ayında yaranmış gərginliyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti müzakirə ediblər. Siz bəyənatdakı bu cümləyə baxın. Həmsədrlər bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb.

Gülməlidir, elə deyilmi? ATƏT-in Minsk qrupu artıq özünü tam çılpaqlığı ilə rüsvay etdi”.

Məleykə Ağasoy

araz.az xəbər portalı.