1600536562 204fRusiya Türkiyəni Suriyanın şimal-qərbindəki İdlib təhlükəsizlik zonasında özünün hərbi iştirakını ixtsar etməyə çağırır. Bu barədə Ankarada iki ölkənin hərbi nümayəndələri arasında keçirilmiş görüşlərin iştirakçısı olmuş mənbələr xəbər verib.

Görüşdə bir sıra məsələlərlə yanaşı, Türkiyənin ağır silahlarının İdlibdən çıxarılması və «Türkiyənin müşahidə məntəqələrinin fəaliyyətinə yönəlik situasiyanın dəyişməsi» məsələlərinə baxılıb. Bu barədə «Asharq Al-Awsat» adlı panərəb qəzeti (mənzil-qərargahı Londonda yerləşir) xəbər verib.

Mənbələrin məlumatına görə, Ankara Moskvanın Türkiyə müşahidə məntəqələinin sayının azaldılması barədə təklifini rədd edib, amma ağır silahların bir qisminin İdlibdən çıxarılması mexanizminin müzakrəsinə hazır olduğunu bildirib.

Məlumata görə, Rusiya nümayəndə heyəti öz təklifini təqdim edib, ancaq tərəflər bu məsələdə razılığa gəlməyiblər.

Xatırladaq ki, böyük İdlib (İdlib və Hama əyalətləri, Hələb və Latakiya əyalətlərinin bir hissəsi) təhlükəsizlik zonasında Türkiyə ordusu öz missiyasını 12 müşahidə məntəqəsində həyata keçirir.

 

araz.az

araz.az xəbər portalı.