Sentyabrın 17-də “Crystal Entertainment” MMC “Brent” MMC-yə çevrildiyini elan edib.
“Yeni Sabah.az” xəbər verir ki, kommersiya hüquqi şəxslərin reyestrinə görə, bu adla bir şirkət Azərbaycanda artıq mövcuddur.
Hər iki şirkət keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. “Brent” MMC 2008-ci ildə təsis edilib və peyk rabitəsi satışı ilə məşğul olub.
“Crystal Entertainment” MMC (2013-cü il) “Grystal Group”un tərkibinə daxil olub və turizm xidmətləri və kütləvi tədbirlərin təşkili üzrə xidmətlər göstərib.
araz.az
araz.az xəbər portalı.