bandicam 2020 09 21 00 52 04 428 Yeni tədris ilinin başlanmasından bir neçə gün keçməsinə baxmayaraq, Gəncə şəhərindəki Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbdə yaşanan biabırçılıqlar, bu gün də günün ən aktual mövzularından biri olaraq qalmaqdadır.

Yəqin ki, buna əsas səbəb adı çəkilən bu təhsil müəssisəsinə rəhbərlik edən Nizami Rzayevin ötən illər ərzində olduğu kimi, hal-hazırda da “Ağa nəzərəm, belə gəzərəm” yanaşmasını ortaya qoymasının varlığıdır. Bəzi mənbələrdən daxil olan müəyyən məlumatlara və Gəncə şəhər sakinləri arasında dolaşan söz-söhbətlərə görə, Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbin direktoru olduqca təkəbbürlü bir şəxsdir. Belə bir xarakterik xüsusiyyətinin varlığına görə də, Nizami Rzayev çox zaman rəhbərliyini “priznavat” etmir və idarəçiliyi öz düşüncə tərzinə uyğun qaydalarla həyata keçirir. Bu kimi səbəblər üzündəndir ki, böyük bir çevrə bu təhsil ocağını Gəncə təhsilinin “üzqarası” hesab etməkdən də ehtiyat etmirlər.

​ ​ ​ Yada salaq ki, bir neçə gün bundan öncə GundemXeber. Az saytında 39 saylı tam orta məktəbdə yaşanan biabırçılıqlar haqda “Gəncə təhsilinə “üzqaralığı gətirən” hansı məktəbin direktorudur?- ŞOK FAKT” başlıqlı məqalə yayımlayıb, baş verənlərlə bağlı geniş ictimaiyyəti az-çox məlumatlandırmışdıq. Yazıb qeyd etmişdik ki, yeni dərs ilinin başlandığı bir vaxtda Nizami Rzayev rəhbərlik etdiyi təhsil müəssisəsinin kollektivinə “yeni bir dərd” gətirməkdədir. Yəni, bu şəxsin ilk dəfə məktəbə qədəm qoyan hər məktəblinin valideynindən 100 manat “şirinlik” alması, pul verməyən valideynin övladına direktorun tapşırığı əsasında kitabxanaçının kitab verməməsi, il ərzində məktəbdə süpürgə, pərdə və s. adlar adı altında “haqq-hesab” yığılması və belə bir səbəblər üzündən də, Nizami Rzayevin Gəncənin ən imkanlı şəxslərindən birinə çevrilməsi haqda bəhs etmişdik. Bugünlərdə isə, daha diqqəti cəlb edən məlumatları əldə etməyimiz bizi şoka deyil, sanki “şökə saldı”. Yəni, bugünkü məlumatlarda bildirilir ki, əgər 39 saylı tam orta məktəbdə valideyinlərlə ibtidai sinif müəllimələri arasında ünsiyyət qurulmursa və ortada pul təklifi yoxdursa, o halda həmin sinif direktor tərəfindən müəyyən həddə qədər sıxışdırılıb “gözümçıxdıya salınır”. Çox keçmir ki, Nizami Rzayevin “pulyığan ştatı”na rəhbərlik edən Rəna müəllimə, həmin sinifdə təhsil alan məktəblilərin valideyinlərini beş-beş qəbul edir və onlardan “Müəlliməyə çatacaq” deyib, bu ad adı altında hər valideyindən 50 manat civarında pul yığır. Düşündürücü hal o olur ki, Rəna müəllimənin bu yöndə zəhməti hədər gedir. Yəni, çox keçmir ki, minbir zəhmətinin qarşılığında yığdığı pullar Nizami müəllimin cibinə daxil olur. İndi sual oluna bilər ki, 39 saylı tam orta məktəbə rəhbərlik edən bu şəxs, belə bir məfkurə, belə bir düşüncə ilə hara gedir, yaxud da hara qədər də getməyi bacaracaq? Düşünürük ki, təhsil naziri​ cənab Emin Əmrullayev bu cür çirkin addımların müəllifi olan direktor Nizami Rzayevə ​ “dur” demək səlahiyyətinə malik vəzifə sahibi olduğundan, çox yaxın vaxtlarda ona “əlvida!” deyəcək.

Gəncədə “pulyığan ştatı”na rəhbərlik edən müəllimə hansı əməllərlə məşğuldur? –ŞOK FAKTLAR

​Bu yöndə araşdırmamızı davam etdirməyə çalışacağıq.

​GundemXeber.Az

araz.az xəbər portalı.