muharibe“Çoxları elə bilir ki, müharibə bitib və biz sülh dövründə yaşayırıq. Ancaq müharibə qurtarmayıb, davam edir. Sadəcə müharibə atəşkəs rejiminə keçib. Bu isə Minsk Qrupunun təklifi ilə məsələnin sülh yolu həll edilməsi ilə bağlı öhdəliklə bağlıdır”.

Bu fikirləri publika.az-a açıqlamasında sabiq korpus komandiri, polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, istər Dağlıq Qarabağın təmas xəttində, istər dövlət sərhədində düşmən daim vəziyyəti gərginləşdirməyə çalışır. Bu isə onu deməyə əsas verir ki, hazırda Azərbaycan üçün hərbi əməliyyatlardan başqa bir yol yoxdur: “Yol bir dənədir – anti-terror və hərb yoludur. Anti-terror əməliyyat apararaq düşməni torpağımızdan qovub ərazi bütövlüyümüzü bərpa etməliyik. Bugünkü vəziyyət onu göstərir ki, Minsk Qrupu götürdüyü öhdəçiliyi yerinə yetirə bilmədi və onlar bu məsələləri uzatmaqla məşğuldur. Bu gün Azərbaycanda da, Ermənistanda da aydındır ki, Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi yox səviyyəsindədir. Bəzi ölkələr ikili standartlarla münaqişə ocaqlarının bu vəziyyətdə saxlanılmasında maraqlıdırlar. ABŞ, Rusiya, Fransa kimi dövlətlər beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsinin həllinə qısa zamanda nail ola bilərdilər. Ancaq onlar nail olmaq istəmədilər. Bu gün artıq atəşkəs rejimi yox səviyyəsindədir, hər gün pozulur. Bugünkü Ermənistanda daxildə gedən proseslər, siyasi gərginlik, Ermənistan hərbi-siyasi rəhbərliyinin qeyri-konstruktiv yol tutaraq hərbi ritorikasının üstünlüyü, Dağlıq Qarabağda açıq-aydın şəkildə Yaxın Şərqdən ermənilərin gətirilib yerləşdirilməsi, muzdlu əsgərlərin gətirilməsi vəziyyətə təsir göstərir. Bu yaxınlarda Ermənistanın xarici işlər naziri də Yaxın Şərqə səfər etmişdi və əsas məqsədi orada yerləşən erməniləri Dağlıq Qarabağa gətirmək və burada yerləşdirmək idi. Artıq PKK döyüşçülərinin də Qarabağda yerləşdirilməsi ilə bağlı məlumat var”.

Ş.Ramaldanov qeyd edib ki, bütün bunlar, səfərbərliklə bağlı müəyyən addımlar, hərbi doktrinada eləmək istənilən dəyişiklər onu göstərir ki, Ermənistan çirkin niyyətlərindən əl çəkməyərək Dağlıq Qarabağ məsələsində, ümumiyyətlə təmas xəttində vəziyyəti gərginləşdirməyə istiqamətlənmiş addımlar atır: “Son müşavirədə də Müdafiə nazirimiz bu məsələyə diqqəti cəlb etdi. Bununla bağlı müəyyən sərəncamlar verilib, hazırda təmas xəttində, hərbi hissələrdə və birləşmələrdə işlər gedir. Düşmənin hansısa istiqamətdə aktivliyi müşahidə olunaraq kəşfiyyat aparılır və qabaqlayıcı tədbirlər görülərək onların hansısa istiqamətdə təxribatının qarşısını alması ilə bağlı lazımi işlər aparılır. Düşmənin təxribatı sadəcə cavab verməklə, Aprel hadisələrindəki kimi qısa tapşırıqlarla yekunlaşmamalıdır. Düşmənin bu təxribatları nəticəsində Azərbaycan tərəfinin adekvat addımlar atması və ümumiyyətlə, anti-terror əməliyyatına keçərək öz torpaqlarını güc yolu ilə azad etməsi istisna olunmur”.

araz.az

araz.az xəbər portalı.