Zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.
Bu barədə məlumatı “RİA Novosti” yayıb.
Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.
O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb/Report.
araz.az xəbər portalı.