big 1600849986 asad1996 – cı ildən 2018-ci ilədək, yəni 23 il  Azərbaycan Respublikasının Baş Naziri olmuş  Artur Rasizadədən sonra bu vəzifədə ən çoxu 1 il işləmək ənənəsi yaranıb.

Məlumat üçün  qeyd edək ki, Artur Rəsizadənin  xələfi  Navrızəli  Məmmədov cəmi  1 ildən  biraz artıq Baş Nazir işləmiş və “İtburnudan vergi tutulmasına görə”  vəzifəsindən azad edilmişdir.

Bir neçə  gündən  sonra, daha dəqiq desək, oktyabrın 8-də indiki Baş Nazirimiz Əli Əsədovun 1 ili tamam olur.

NUH.az-ın ehtimalına  görə,  Əli Əsədov  yaxın zamanda vəzifəsini tərk edəcək. Və yeni Baş Nazirin kim olacağı maraqlıdır. NUH.az-ın versiyasına görə, yeni Baş Nazir Ədliyyə sistemindən gələcək.

araz.az

araz.az xəbər portalı.