XİN rusiyajpg 1587664175Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın Xarici İşlər naziri Sergey Lavrovla görüşü barədə məlumat yayıb.

Rusiya XİN-in saytında yerləşdirilən məlumatda S. Qafarova və S. Lavrov arasında keçirilən görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində, parlamentlər xətti ilə Rusiya-Azərbaycan münasibətlərinin aktual məsələlərinin müzakirə olunduğu bildirilib.

Qeyd olunub ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması daxil olmaqla, regional təhlükəsizlik problemi diqqət mərkəzində olub.

Görüşün ənənəvi olaraq dostluq atmosferində keçdiyi və Rusiya-Azərbaycan münasibətlərinin ardıcıl inkişafını möhkəmləndirməyə imkan verdiyi vurğulanıb/APA.

araz.az xəbər portalı.