1600868249 6

 

“Bölgəyə sülhməramlıların yerləşdirilməsi, Dağlıq Qarabağla vidalaşmaq deməkdir”.
araz.az “Teleqraf.com”a istinadən xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

“Bu, Qarabağı itirmək deməkdir” – Münaqişə ətrafında şok gəlişmə
Ekspert Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son açıqlamasını şərh edib: “Lavrov bildirdi ki, Rusiya nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasına, əraziyə sülhməramlıların yerləşdirilməsinə və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasına tərəfdardır.
Rusiya bir neçə ildir ki, Lavrov planı üzərində çalışır. Bu plan nə Azərbaycana, nə də Ermənistana sərf edir. Bölgəyə sülhməramlıların yerləşdirmək olmaz. Sülhməramlıları yerləşdirmək Qarabağla vidalaşmaq deməkdir.
Ümumiyyətlə, 5 rayon müzakirə predmeti olmamalıdır. Bu isə avtomatik olaraq araya sülhməramlıların yerləşdirilməsini rədd edir. Həmsədrlər ya beynəlxalq hüquq əsasında addım atsınlar, ya da bizləri tək buraxsınlar. Əgər biz təkbətək olsaq, bunun fəsadlarından heç bir qonşu əziyyət çəkməyəcək. Yox, əgər bizi təkbətək qoymasalar, o zaman aləm qarışacaq”.

 

 

 

araz.az

araz.az xəbər portalı.