bandicam 2020 09 24 12 52 49 064Xəbər verdiyimiz kimi, xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib ki, Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır.

 Qazet.az xəbər verir ki, Rusiyanın XİN rəhbərinin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. 

– Advertisement –

Rəsmi Moskva tərəfindən Azərbaycanın işğal altında olan cəmi 5 rayonunun qaytarılması ilə bağlı səslənən fikirlər digər ərazilərin Ermənistanın işğalında qalmasına rəvac verməməlidir.

Politoloq Qabil Hüseynli də açıqlamasında bildirdi ki, Azərbaycan tərəfi 5 rayonun qaytarılması təklifi ilə razılaşa bilməz:

“Həm ABŞ, həm də Avropa ölkələri hesab edir ki, Dağlıq Qarabağın ətrafında bütün işğal edilmiş rayonlardan Ermənistan qoşunları çıxmalıdır. 7 rayonun azad edilməsi isə gündəlikdə olsa, müvəqqəti məqbul variant kimi qəbul edilə bilər.

Rusiyanın bölgəyə sülhməramlı qüvvələrinin gətirilməsini irəli sürməsi ürəyi bulandıran bir şeydir. Biz heç zaman deməmişik ki, azad olunmuş bölgəyə sülhməramlı qüvvələr gətirilsin. Sülhməramlı qüvvələr gətirilsə, Rusiya KTMT-dən ibarət ordunu ora yerləşdirəcək. Bu isə çox təhlükəli haldır.

Sergey Lavrovun söylədikləri qəbuledilməzdir. Azərbaycan torpaqları heç bir şərt olmadan azad olunmalıdır. İlkin mərhələdə Azərbaycan 7 rayonun azad edilməsinə razı ola bilər. Sonrakı mərhələdə isə Dağlıq Qarabağın statusu ətrafında müzakirələr aparıla bilər. Biz Dağlıq Qarabağa Azərbaycanın suverenliyi altında ən yüksək və dünyada misli görünməyən muxtariyyət təklif edə bilərik.

Cənubi Qafqazda vəziyyət artıq dəyişir. Türkiyə artıq bu regiona qayıtmaq və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında iştirak etmək istəyir. Rusiyanın hazırkı təklifi status-kvonu qorumaq istəyindən xəbər verir. 5 rayon məsələsinin Sergey Lavrovun dilindən səsləndirilməsi hər hansı hüquqi qiymətə malik deyil”

araz.az

araz.az xəbər portalı.