“Bolt” taksi xidmətində Tovuz döyüşləri zamanı şəhid olmuş General Polad Həşimovun adını axtarışa verdikdə Ermənistanda rayon adı çıxır.
NOCOMMENT.az xəbər verir ki, bunu aşkarlayan Azərbaycanlı istifadəçilər redaksiyamıza müraciət ediblər.
Məsələ ilə bağlı şirkətin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq istəsək də cəhdlərimiz alınmayıb.
Şikayətçilər bildirirlər ki, bu faktın hansısa texniki problem səbəbindən yarandığı inandırıcı görünmür. Bu səbəbdən məsələyə şirkət tərəfindən rəsmi münasibət bildirməsini tələb edirlər.
araz.az
araz.az xəbər portalı.