244879İrəvanın ümumi yurisdiksiya məhkəməsinin hakimi Tatevik Qriqoryan “Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyanın Xüsusi İstintaq Xidmətinə qarşı iddiasını təmin edib.
Artur Qazinyan Ermənistan hökumətinin 16 mart 2020-ci il tarixli qərarında pandemiyanın elan olunduğu günün 11 mart deyil, 13 mart göstərilməsinə əsaslanan Nikol Paşinyan tərəfindən saxtakarlıq cinayətinə dair bir hesabat təqdim edib. Xüsusi İstintaq Xidməti isə cinayət işi qaldırmaqdan imtina edib.
Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin “Aysor” nəşri məlumat yayıb.
“İlk baxışdan bir səhvi xatırladan bu saxtakarlığın çox dərin bir siyasi əhəmiyyəti var. Çünki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus pandemiyası elan etdikdən sonra Paşinyan seçki kampaniyasını iki gün daha davam etdirdi və insanların kütləvi toplantılarını təşkil etdi. Qazinyanın verdiyi məlumata görə, bu vəziyyəti gizlətmək üçün pandemiya elan edildiyi gün hökumətin qərarında qəsdən saxtalaşdırılıb.
Əslində məhkəmə qərarı əsasında Nikol Paşinyana qarşı rəsmi saxtakarlıq faktı ilə cinayət işi başlanacaqdır. Artıq cinayət işi çərçivəsində  Nikol Paşinyandan başqa bu işə kimin cəlb olunacağı bəlli olacaq ”-deyə erməni qəzeti qeyd edir.
Sultan Laçın

araz.az xəbər portalı.