hafizz“Biz gedib heç kimin arvadını girov götürmək fikrində deyilik. Mən belə bir açıqlamanı Qüdrət bəydən göləməzdim. Qüdrət Həsənquliyevin bu açıqlaması həqiqətən də xoşagələn hal deyil. Bizim əsgərlərimiz o tərbiyəyə malik deyillər. Hamının anası, bacısı var, bunun da bədbəxtliyi odur ki, ermənidir. Biz erməni qadınını əsir götürüb neyniyəcəyik. Bizə torpaqlarımızın işğaldan azad olunması lazımdır”.
Bunu deputat Qüdrət Həsənquliyevin “Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözləyir” fikrinə münasibər bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib:
“Azərbaycan xalqı humanistdir və biz tolerant dövlətik. Akopyan neçə dəfə ərə gedib, indi də gəlib Paşinyana, biz onu girov götürüb neyniyəcəyik. Biz əlimizi it qanına batırası deyilik. Biz neçə illərdir Ermənistan tərəfindən müharibəyə cəlb olunmuşuq, heç vaxt qadına, uşağa, qocaya əlimizi qaldırmamışıq. Biz deyirik ki, sülh yolu ilə torpaqlarımızdan çıxmayacaqlarsa, torpaqlarımzı müharibə yolu ilə azad eləməliyik”.
Partiya sədri Qüdrət bəyin məlum fikrində Ramiz Mehdiyev izinin göründüyünü vurğulyıb:
“Ramiz Mehdiyev komandasının belə təxribatı gözlənilirdi. Qüdrət Həsənquliyevin bu fikrini yanlış hesab edirəm və düşünürəm ki, bu təxribatdır. Azərbaycan Ordusunun terrorçuları torpaqlarımızdan qovmaq ərəfəsində bu cür yanlış milli mentalitetimizə, türkçülüyümüzə uyğun olmayan fikirlərin yayılması təxribatdan başqa bir şey deyil.
O deputatların hamısı təyin edilmiş deputatlardır. Deputat Jalə Əhmədova da çıxıb deyir ki, mən siyasətlə məşğul olmuram. Siyasətlə məşğul olmursansa, get bozbaşını bişir də, nə gəzirsən Milli Məclisdə? Ramiz Mehdiyev sizi gətirib orda sizdən millət vəkili düzəldibsə, bu da o demək deyil ki, başımıza çıxasız”.

MMP sədri bir qədər əvvəl Q.Həsənquliyevin bu açıqlamasını sərt tənqid edən Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərini tam dəstəklədiyini deyib:

“Hikmət bəyin fikri ilə tamamilə razıyam. Azərbaycan xalqı, Azərbaycan dövləti bu cür namussuzluğa yol verə bilməz. Ermənilər öz namissuzluqlarını işğal etdikləri ərazilərimizdə, Xocalıda göstəriblər, çünki ermənidir. Biz Prezidentimizin tolerantlığı, humanistliyi ifadə edən xəttini müdafiə etməliyik, yoxsa Ramiz Mehdiyevin komandasının yolunu yox”.Versus.az

araz.az xəbər portalı.