1600939743 412185376 2“Regionların bank kreditlərinə çıxış imkanları məhdud olaraq qalmaqdadır. Mərkəzi Bankın statistikasına görə, 14 milyard 204 milyon manatlıq kredit qoyluşunun 11 milyard 482 milyon manatı Bakının payına düşür. Bu o deməkdir ki, kredit portfelinin 80 faizdən çoxu paytaxtda təklif olunur”.

Reyting.az xəbər verir ki, bunu tanınmış iqtisadçı, deputat Vüqar Bayramov bildirib.

V. Bayramov qeyd edib ki, banklar hər 100 manat kreditdən yalnız 20 manatını Bakıdan kənarda yaşayan vətəndaşlarımıza və sahibkarlara təqdim edir. Onun sözlərinə görə, bu disproporsianallığın əsas səbəbi regionlarda fəaliyyət göstərən sahibkarların girov təqdim etmək imkanlarının məhdud olması və paytaxt ilə region arasında rəsmi əmək haqqı məbləğində 2 dəfəyə yaxın fərqin olmasıdır.

V. Bayramov təəssüflə qeyd edib ki, bankların əksəriyyəti regionlarda kredit təklif etməkdə maraqlı görsənmirlər.

Deputat təklif edirik ki, regionlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün Mərkəzi Bank yeni girov mexanizmi hazırlansın və eyni zamanda bir sıra kreditlər, xüsusən də ipoteka kreditləri üçün differensial dərəcələr müəyyənləşdirilsin. “Məsələn, regionlarda sosial və adi ipoteka kreditlərində daha aşağı faiz dərəcələrinin tətbiqi imkanları var. Bunlar regionlarda yaşayan vətəndaşlarımızın kreditlərə çıxış imkanlarını artıra bilər”, – V. Bayramov əlavə edib.

araz.az

araz.az xəbər portalı.