Türkiyədə koronavirusa qarşı 2 peyvənd namizədinin kliniki sınaqları üçün Səhiyyə Nazirliyinin Dərman və Tibbi Cihaz Qurumundan icazə alınacaq.
araz.az xəbər verir ki, bunu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Prezident bildirib ki, icazədən sonra peyvəndin kütləviləşdirilməsinə başlanılacaq.
Əldə olunan peyvəndlər 3 mərhələdə sınanacaq. İlk mərhələdə sınaqda məhdud sayda könüllü iştirak edəcək. Növbəti mərhələlərdə isə daha geniş könüllü qrupu üzərində sınaq aparılacaq.
Peyvəndin əks təsirləri olmasa, Ümumdünya Səhiyyə Təşkilatının rəyinə təqdim olunacaq.
araz.az
araz.az xəbər portalı.